SON XƏBƏRLƏR

Xamneyi: “Amerikalılar hərbi gücümüzdən qorxduqları üçün bizə müzakirə təklifi irəli sürürlər”

2021.10.20, 07:36
Xamneyi: “Amerikalılar hərbi gücümüzdən qorxduqları üçün bizə müzakirə təklifi irəli sürürlər”

Gunaz.tv

GünazTV: İranın dini lideri Əli Xamneyi iyunun 26-da Məhkəmə Sistemi işçiləri ilə görüşərək Amerikanın İranla yeni danışıqlar aparılması ilə bağlı təklifini yenidən rədd edib.

 

Tramp hökumətinin İrana danışıqlar təklifini Vaşinqtonun yeni “hiylə”si adlandıran Xamneyi deyib ki, Amerika İranın hərbi gücündən vahiməyə düşdüyü üçün rəsmi Tehrana müzakirə təklifi edir: “Amerikalılar İran millətinin güc amillərindən vahiməyə düşərək yaxın gəlməyə qorxurlar. Onlar məhz həmin qorxuya görə də, müzakirə yolu və bəhanəsi ilə İran millətinin əlində olan bu silah və güc amilini əlindən alaraq, başına istədikləri oyunu açmaq istəyirlər.

 

Düşmən təzyiq yolu ilə hədəfinə çatmadığını gördükdən sonra İran millətini sadəlöhv təsəvvür edərək, müakirə təklifi irəli sürür, deyir ki, İran milləti inkişaf etməlidir. Biz də deyirik, əlbəttə ki, İran milləti inkişaf etməlidir və hökmən də irəliləyəcək. Lakin sizsiz və bir şərtlə ki, siz yaxın gəlməyəsiniz.

 

Danışıqlara gəlincə, əgər müzakirədə onun Amerikanın) sözünü qəbul etsən, İran millətinin atasını yandıracaq, yox əgər qəbul etməsən, bizə qarşı hazırkı təzyiq, təbliğat və ağır siyasi atmosfer davam edəcək. Amerika tətbiq etdiyi bu zalım və ədalətsiz sanksiyalarla İran millətini ittihamlandırır, söyür. Lakin İran milləti bu təhqirlərlə öz mövqeyindən əl çəkməyəcək, geri oturmayacaq” –deyə Əli Xamneyi vurğulayıb.  

 

Xatırladaq ki, Donald Tramp iyunun 24-də “Sepah”-ın ABŞ-a məxsus pilotsuz uçan aparatı vurmasına cavab olaraq İrana qarşı yeni sanksiyaların tətbiq edilməsi ilə bağlı fərman imzalayıb. Fərmana əsasən, yeni sanksiyalar Xamneyinin özü, onun işçiləri və yaxın ətrafına şamil ediləcək, onlara axan maliyyə vəsaitlərinin qarşısını alacaq. Yeni sanksiyalara həmçinin “Sepah” terror təşkilatının 8 komandanı da tuş gəlib.

 

 

İrandakı siyasi və iqtisadi ekspertlərin, eləcə də beynəlxalq araşdırma mərkəzlərinin  bildirdiyinə görə, Əli Xamneyinin və onun başçılıq etdiyi qurumların dünyanın müxtəlif ölkələrində başqa-başqa adlarla yatırdığı sərmayənin ümumi məbləği 200 milyard dollar civarındadır.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar