SON XƏBƏRLƏR

Xamneyi: “Amerikaya ölüm”, Trampa, Boltona və Pompeoya ölüm deməkdir”

2021.10.20, 07:36
Xamneyi: “Amerikaya ölüm”, Trampa, Boltona və Pompeoya ölüm deməkdir”

Gunaz.tv

GünAzTV: İranın dini lideri axund Əli Xamneyi fevralın 8-də hava qüvvələri komandirləri və işçiləri qarşısında çıxış edərək, ABŞ prezidenti Donald Trampın bir neçə gün əvvəl Konqresdəki illik çıxışında İranla bağlı səsləndirdiyi bəyanatına sərt reaksiya verib.

 

Öz çıxışında Amerika hökumətini şərdə, zorakılıqda, böhran yaratmaqda və militarizmə rəvac verməkdə günahlandıran Xamneyi deyib ki, islam respublikası “Amerikaya ölüm” şüarını səsləndirməyə davam edəcək: “Nə qədər ki, Amerika rejimi müdaxilə, şər və rəzalət istiqamətində hərəkət edir, “Amerikaya ölüm” şüarı güclü İran xalqının dilindən düşməyəcək. “Amerikaya ölüm” şüarı, Amerika hökmranlarına ölüm deməkdir. Daha doğrusu bu şüar, Trampa, Boltona və Pompeoya ölüm deməkdir. Bizim Amerika milləti ilə işimiz yoxdur.

 

Xamneyi  həmçinin Qərbi Tehranla imzalanmış nüvə sazişinin şərtlərinə əməl etməməkdə günahlandıraraq, İran prezidenti Həsən Ruhanidən və digər rəsmilərdən bir daha Amerikaya və Avropa ölkələrinə etimad etməməyi tələb edib: “Mən demirəm onlarla münasibətləriniz olmasın. Sadəcə olaraq dediyim odur ki, onlara, o cümlədən də avropalılara inanmayın və onlara bədbin gözlə baxın. Amerikaya gəlincə, mən bir neçə il əvvəl nüvə danışıqları aparıldığı vaxtlarda xüsusi iclaslarda və bəzən ümumi tribunalarda ölkə rəsmilərinə dedim ki, şəxsən mən amerikalılara etimad etmirəm və sizə də dedim ki, onların sözünə, gülər üzünə və imzasına etimad etməyin.

 

İndi isə nəticələr göz qabağındadır. Vaxtilə Qərb ölkələri ilə nüvə danışıqları aparan rəsmilərin özləri deyirlər ki, Amerikaya inanmaq və etimad etmək düzgün deyil. Mən isə deyirəm ki, həmin rəsmilər əvvəldən bunu ayır etməli və bu istiqamətdə hərəkət etməli idilər”.

 

Xatırladaq ki, Tramp fevralın 5-də ABŞ Konqresində etdiyi illik çıxışında İranın beynəlxalq terrorizmə dəstəyindən və nüvə silahı əldə etmək cəhdindən danışıb.

 

 

Öz çıxışında İran rejimini “radikal”, “korrupsioner diktatura” və “beynəlxalq terrorizmin ən böyük himayədarı” adlandıran Tramp bildirib ki, o İran rejiminin kütləvi qırğın silahı əldə etməsinə imkan verməyəcək: “Mənim hökumətimin İran rejiminə qarşı mövqeyi tam kəskindir. Biz, terrorizmin əsas himayədarı kimi tanınan İran rejiminin nüvə silahına yiyələnməsinə imkan verməyəcəyik. Bizim İranla imzalanmış faciəli nüvə sazişindən çıxmağımızın səbəbi də məhz bununla bağlıdır. Biz, “Amerikaya ölüm” şüarı səsləndirən və yəhudiləri soyqırımla hədələyən İranın ekstremist və radikal hakimiyyətindən əl çəkməyəcək, onun bu əməllərinə göz yummayacağıq”.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar