SON XƏBƏRLƏR

Xamneyi avropalıların vasitəçilik missiyası haqda: “Onların bütün sözləri puçdur. Avropalılardan ümidi üzmək lazımdır”

2021.10.20, 07:36
Xamneyi avropalıların vasitəçilik missiyası haqda: “Onların bütün sözləri puçdur. Avropalılardan ümidi üzmək lazımdır”

Gunaz.tv

GünazTV: İranın dini lideri Əli Xamneyi sentyabrın 26-da Üləma Məclisinin üzvləri ilə görüşərək Avropa ölkələrinin İranla Amerika arasında vasitəçilik missiyasından, onların İrana verdikləri iqtisadi vədləri yerinə yetirməməsindən və ölkəsinin Avropa ölkələrindən ümidini üzməsindən danışıb.

 

Görüşdəki çıxışında Avropa ölkələrini, o cümlədən də nüvə sazişini imzalamış Böyük Britaniya, Fransa və Almaniyanı “xəbis” adlandıran Xamneyi deyib ki, avropalılar islam respublikasına qarşı düşmənçilikdə heç də Amerikadan geri qalmır, ondan fərqlənmirlər: “Avropalılar üzdə vasitəçi kimi çıxış edir, uzun-uzadı danışırlar. Lakin onların bütün sözləri puçdur. Amerika və İsraildən başqa heç bir ölkə ilə müzakirə və saziş yolu bağlı deyil. Lakin rəsmilərimiz heç vaxt islam sisteminə qarşı düşmənçilik bayrağını qaldıran Amerikaya və bəzi Avropa ölkələrinə etimad etməməlidir. Çünki bu ölkələr açıq-aşkar İran milləti ilə düşmənçilik edirlər.

 

Avropalılar bizə verdikləri bütün iqtisadi vədlərə baxmayaraq, Amerikanın ölkəmizə qarşı tətbiq etdiyi sanksiyalara riayət etdilər və ona sadiq qaldılar. Onlar praktiki olaraq, sanksiyaların azaldılması və ya aradan qaldırılması üçün heç bir iş görmədilər, yəqin ki, gələcəkdə də islam respublikası üçün heç nə etməyəcəklər. Avropalılarla münasibət salxlamaqda və ya onlarla hansısa bir müqavilə bağlamaqda problem yoxdur. Lakin avropalılardan biryolluq ümidi üzmək lazımdır və hesab edirəm ki, rəsmilərimiz onlara etimad etməməlidirlər” –deyə İranın dini lideri Əli Xamneyi əlavə edib.

 

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar