SON XƏBƏRLƏR

XAMNEYİ BİLDİRİB Kİ, RƏSMİ ŞƏXSLƏR ALLAH QARŞISINDA MƏSULİYYƏT HİSS ETSƏLƏR, FİKİR AYRILIQLARI ÖZ-ÖZÜNƏ ARADAN QALXAR

2021.10.20, 07:36
XAMNEYİ BİLDİRİB Kİ, RƏSMİ ŞƏXSLƏR ALLAH QARŞISINDA MƏSULİYYƏT HİSS ETSƏLƏR, FİKİR AYRILIQLARI ÖZ-ÖZÜNƏ ARADAN QALXAR

Gunaz.tv
XAMNEYİ BİLDİRİB Kİ, RƏSMİ ŞƏXSLƏR ALLAH QARŞISINDA MƏSULİYYƏT HİSS ETSƏLƏR, FİKİR AYRILIQLARI ÖZ-ÖZÜNƏ ARADAN QALXAR th075058898.jpg İyunun 10-da İran İslam Respublikasının dini rəhbəri ayətullah Əli Xamneyi ölkə parlamentinə yeni seçkilər nəticəsində seçilmiş deputatları qəbul edib. «Media forum» saytının məlumatına görə, dini rəhbər deputatlar qarşısında çıxış edərkən parlamentin - İslami Şura Məclisi üzvlərinin və hökumət rəsmilərinin Allah qarşısında məsuliyyət hiss etməsinin vacib olduğunu vurğulayıb. Xamneyinin fikrincə, deputatlar və hakmiyyət orqanlarını təmsil edən digər rəsmi şəxslər Allah qarşısında məsuliyyət hiss etsələr, fikir ayrılıqları öz-özünə aradan qalxar, sakit bir mühit yaranar və hamı əl-ələ verib istənilən problemi həll edər: «Ədalətli islam cəmiyyətinin yaranması bizim müştərək hədəfimizdir. Bu isə peyğəmbərlərin son hədəfinin gerçəkləşməsi və insanın mənəvi təkamülə çatması üçün zəmin yaradar». İranın dini rəhbəri deputatların müstəqil mövqedən çıxış etməsinin vacibliyinə də toxunub: «Deputatlar hər hansı bir nüfuzlu şəxsin təsiri altına düşməkdən çəkinməli, öz müstəqil mövqelərini qoruyub saxlamalıdırlar. İran İslam Respublikasında heç kəs, heç bir hökumət rəsmisi yeni zadəgan təbəqəsinin formalaşmasına yardım etməməlidir. Bütün deputatlar meydana pak çıxmalı və pak qalmağa çalışmalıdır. Onlar istənilən fitnə-fəsada müqavimət göstərməlidirlər». Görüşdə İran parlamentinin sədri Əli Laricani də çıxış edib. O, İran İslam Respublikasının beynəlxalq aləmdə böyük nüfuza malik olduğunu deyib. İslami Şura Məclisinin yeni tərkibi bu ilin mart və aprel aylarında, iki turda keçirilən seçki nəticəsində formalaşıb. Yerlərin əksərini mühafizəkarlar tutub. Parlamentdəki 290 yerin 287-nə mandatlar təsdiqlənib. Mandat qazananlardan 170 nəfəri birinci dəfədir ki, parlamentdə təmsil olunur. Deputatların 8 nəfəri qadındır. Parlamentinin yeni tərkibi mayın 27-dən fəaliyyətə başlayıb. İran Ali Milli Təhlükəsizlik Şurasının keçmiş rəhbəri, İranın Qərblə nüvə müzakirəsi aparan heyətinə bir neçə ay əvvələdək başçılıq etmiş Əli Laricani həmin gün ölkə parlamentinin sədri seçilib. O, səsvermədə iştirak edən 263 deputatdan 232-nin səsini qazanıb. Parlamentin bundan əvvəlki sədri Qulaməli Həddad Adil olub. Laricani Qumdan deputat seçilib. O, keçmiş prezident, hazırda Üləmalar Məclisinə rəhbərlik edən Haşimi Rəfsəncaninin yaxın adamı kimi tanınır. Rəfsəncaninin prezidentliyi dövründə Laricani İranın mədəniyyət naziri olub, sonrakı illərdə isə daha böyük vəzifələr tutub. mediaforum

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar