Xamneyi: “Bu seçkinin böyük qalibi İran millətidir”

2021-06-19 15:39

İranın “dini lider”i Əli Xamneyi bu gün bəyanat yayaraq, dünən ölkədə keçirilmiş 13-cü çağırış prezident seçkilərinin nəticəsindən məmnun qaldığını bildirib.

Gunaz.tv Quote | Gunaz article

Xamneyi deyib ki, dünən keçirilmiş 13-cü çağırış prezident seçkilərinin əsas böyük qalibi İran millətidir.


“Dünən İran milləti muzdlu və bədxah düşmənlərin media orqanlarının apardığı əks-təbliğata uymayaraq, ölkənin siyasi səhnəsində yenidən öz varlığını nümayi. etdirərək seçkilərdə öz sözünü dedi. 


Nə zəif və yoxsul təbəqənin ağır məişətindən olan giley-güzarlar, nə koronavirus pandemiyası təhdidindən doğan nigaranlıqlar, nə bir neçə ay əvvəldən xalql ümidsiz etmək məqsədilə səsləndirlən müxalif bəyanatlar, nə də dünən səsvermə prosesinə gətirilən bəzi xələl və maneələr İran millətinin iradəsinə qalib gələ bilmədi və prezident seçkiləri, eləcə də kənd və şəhər şuralarına olan seçkilər hər hansı bir problemlə qarşılanmadan keçirildi. 


Mən isə bu böyük sınağın keçirilməsinə yardım etmiş hamıya, o cümlədən də möhtərəm Konstitusiyaya Nəzarət Şurasına, Daxili İşlər Nazirliyinə, möhtərəm namizədlərə və seçkilərin sağlam və təhlükəsiz keçirilməsi işinə nəzarət edən bütün aidiyyətli qurumlara öz təşəkkürümü bildirirəm”, -deyə İranən “dini lider”i axund Əli Xamneyi bildirib.


Qeyd edək ki, ibtidai məktəbin 6-cı sinifinə qədər dərs oxuyan, sonra isə dünyəvi təhsili buraxıb Qum şəhərində mollalıq dərsi alan İran Məhkəmə Sisteminin rəhbəri İbrahim Rəisi, bu dəfəki seçkilərdə Əli Xamneyinin prezident postuna əsas namizədi idi. 


Xatırladaq ki, vaxtilə 17 yaşındaykən Tehran və Kərəc zindanlarında prokuror müavini vəzifəsinə təyin edilən, az sonra isə rejim müxalifləri ilə misli görünməmiş qəddarlıqla davrandığına görə ölkə rəhbərliyi tərəfindən yaradılmış məşhur “Ölüm heyətinə üzv seçilən və ölkə həbsxanalarında saxlanılan minlərlə siyasi məhbusa ölüm hökmü çıxaran axund İbrahim Rəisi, ölkə əhalisi arasında “Ayətullah Edam” və “Ayətullah Qətliam” ləqəbləri ilə tanınır.

gun az article  

A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Azərbaycanın Yardımlı bölgəsində meşə yanır

2021-08-02

gun az article

Avropada yoluxma sayı 60 milyonu ötdü

2021-08-02

gun az article

Milli Qəhrəman Çingiz Qurbanov haqqında film çəkildi

2021-08-02

gun az article

Baş nazir işğaldan azad edilmiş ərazilərdə kütləvi və fərdi məzar yerləri ilə bağlı tapşırıq verdi

2021-08-02

gun az article

Ermənistanda "Delta" ştammı aşkarlandı

2021-08-02

gun az article

Qarabağda daha 4 erməni hərbçinin qalıqları tapıldı

2021-08-02

gun az article

Ermənistanın yeni müdafiə naziri təyin olunub

2021-08-02

gun az article

Azərbaycanda daha 431 nəfər koronavirusa yoluxub, 3 nəfər vəfat edib

2021-08-02

gun az article

Qarabağda erməni hərbçi özünü partladaraq intihar edib

2021-08-02

gun az article

İran rəsmisi: “Vaksinasiya işini gecə başladığımız üçün xəstəlikdən gündəlik ölənlərin sayı 800 nəfərə çata bilər”

2021-08-02

gun az article

Daha 20 ölkədən Azərbaycana uçuşlara icazə verildi

2021-08-02

gun az article

Qırğızıstanın axtarışda olan keçmiş prezidenti Əsgər Akayev Bişkekə gəlib

2021-08-02

gun az article

"Delta" ştammı İranda təhlükəli hal aldı: Səhiyyə naziri Xamneyidən iki həftəlik qapanma tələb etdi

2021-08-02

gun az article

Gürcüstan azərbaycanlıları rus soyad sonluqlarından imtina edir

2021-08-02

gun az article

İntizam komissiyası deputat Eldəniz Səlimovla bağlı qərar verdi

2021-08-02

gun az article

Piter Teys: "Ermənistan törətdiyi cinayətlərə görə məsuliyyətə cəlb edilməlidir"

2021-08-02

gun az article

“Həqiqətin bir hissəsini xalqa danışmadıq”- Həsən Ruhani hökumətin son iclasını keçirib

2021-08-02

gun az article

Paşinyan yenidən baş nazir seçildi

2021-08-02

gun az article

Parlament çoxluğu Paşinyanın Ermənistanın Baş naziri postuna namizədliyini irəli sürüb

2021-08-02

gun az article

Antoni Blinken: “İsrailin neft tankerinə hücuma görə İran məsuliyyət daşıyır və ona lazımli cavab veriləcək”

2021-08-02