İranın “dini lider”i Əli Xamneyi fevralın 22-də Xebreqan məclisinin (Üləmalar məclisi) üzvləri ilə görüşərək ölkənin nüvə qabiliyyətlərinin yüksəldilməsinin vacibliyindən və uranın zənginləşdirilməsi həddinin qaldırılmasından danışıb.
Gunaz.tv
Xamneyi deyib ki, nüvə fəaliyyətini inkişaf etdirmək üçün uranı 20% dərəcəsində zənginləşdirməklə kifayətlənməyəcək: “Biz ölkənin nüvə fəaliyyətini inkişaf etdirmək üçün ehtiyac diyulursa uranın zənginləşdirilməsi həddini hətta 60%-ə qədər də çatdıracağıq.
Biz ölkənin ehtiyaclarına uyğun yüksək nüvə qabiliyyətlərinə və əlverişli nüvə texnologiyası gücünə yiyələnməkdə qərarlıyıq. Beləliklə də İran uranı 20% həddində zənginləşdirməklə kifayətlənməyəcək və ölkənin ehtiyacını nəzərə alaraq zənginləşdirmə həddini istədiyə səviyyəyə qaldıracaq.
Əlbəttə İranla Qərb arasında bir neçə illik bir müqavilə əldə olunub. Əgər onlar müqavilə şərtlərinə əməl etsələr, biz də onlar üzərlərinə götürdüyü öhdəlikləri yerinə yetirdiyi müddətə qədər eyni addım ataraq üzərimizə götürdüyümüz öhdəliklərə əməl edəcəyik. Lakin qərblilər özləri də yaxşı bilirlər ki, biz nüvə silahı əldə etmək niyyətində deyilik.
Bir daha bildiririk ki, İran İslam Respublikası öz məntiqli mövqeyindən zərrə qədər geri çəkilməyəcək və ölkənin ehtiyac və məsləhətini nəzərə alaraq, uranı 60%-ə qədər zənginləşdirmək üçün fəaliyyətini davam etdirəcək”, -deyə İran lideri Əli Xamneyi bəyan edib.
A.M