Xamneyi: “Hamı bu böyük milli sınaqda iştirak etməlidir

2021-06-18 11:49

İranın rəhbəri Əli Xamneyi bu gün yerli vaxtla sübh saat 07:00-da prezident seçkilərində iştirak edərək, öz səsini “İmam Xomeyni” hüseyniyyəsinə gətirilmiş 110 saylı səyyar sandığa salıb.

Gunaz.tv Quote | Gunaz article

Xamneyi öz namizədinə səs verdikdən sonra jurnalistlərə qarşısında çıxış edərək, bu dəfəki prezident seçkiərini həm ölkə, həm də xalq üçün “böyük milli sınaq” olduğunu vurğulayıb.


O deyib ki, ölkə əhalisi seçkilərdə iştirak etməklə ölkənin gələcək taleyini təyin etmiş olur.


“Bu gün ölkənin siyasi səhnəsini idarə edən əsas qüvvə xalqdır. Xalq  seçkidə iştirak etməklə öz səsi ilə ölkənin sonrakı illərdəki taleyini müəyyənləşdirir. Elə buna görə də, bildirirəm ki, bu gün millətin günüdür. 


Hamı bu böyük milli sınaqda iştirak etməlidir. Mənim isə dəfələrlə xalqı seçkidə iştiraka çağırmağım ona görədir ki, bu seçkilərdə iştirak etmək birinci növbədə xalqın özünün xeyrinədir, ikinci növbədə isə seçici fəallığı yüksək olarsa islam respublikası beynəlxalq arenada böyük imtiyazlar əldə edə bilər. 


Hesab edirəm ki, hamı seçki məntəqələrinə getməli, öz namizədini müəyyənləşdirməkdən sonra ona səs verməlidir. Heç kəs də “mənim səs verməyimlə heç nə dəyişməyəcək” deyə, seçkilərdə iştirak etməkdən imtina etməməlidir. Çünki xalqın milyonluq səsini təşkil edən də, sandığa tək-tək salınan həmin səslərdir.


Mİllət bilməlidir ki, seçkidə iştirak edib öz səsini sandığa salmaqla öz gələcəyini qurur, ölkənin gələcək taleyini təyin edir”, -deyə İranın “dini lider”i Əli Xamneyi bu gün səsvermədə iştirak etdikdən sonra jurnalistlər qarşısında etdiyi çıxışında bildirib. 


Qeyd edək ki, bu gün İranda keçirilən seçkilərdə prezident postu uğrunda 4 namizəd, Möhsün Rzayi, İbrahim Rəisi, Əmirhüseyn Qazizadə Haşimi və Əbdülnasir Hemməti bir-biri ilə rəqabət aparır.

حضور رهبر معظم انقلاب در انتخابات 1400

A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Ərdoğan: "Azərbaycan Türkiyəyə yanğınsöndürən təyyarə göndərib"

2021-07-31

gun az article

Azərbaycanda son sutkada 633 nəfər COVID-19-a yoluxub, 174 nəfər sağalıb

2021-07-31

gun az article

Əfqanıstanda 60 nəfər selin qurbanı oldu

2021-07-31

gun az article

Türkiyədə meşə yanğınlarından həlak olanların sayı 6-ya çatıb

2021-07-31

gun az article

Azərbaycan Ordusunun hərbi qulluqçusu həlak olub

2021-07-31

gun az article

Milli Məclis sədri növbədənkənar sessiyasının çağırılması haqqında sərəncam imzalayıb

2021-07-31

gun az article

Qubada "Şəhidlər" xatirə-kompleksinin açılışı olub

2021-07-31

gun az article

Putinlə Ərdoğan arasında telefon danışığı olub

2021-07-31

gun az article

MN: "Azərbaycan Ordusunun atəşkəsi pozması barədə məlumat yalandır"

2021-07-31

gun az article

Tehranda benzin etirazlarında öldürülən aksiyaçıların doğmaları aksiya keçirib: Şəhid anaları həbs edilib

2021-07-31

gun az article

Cahit Bağçı Türkiyədəki meşə yanğınları ilə bağlı son vəziyyəti açıqladı

2021-07-31

gun az article

Azad edilən ərazilərdə 13 911 daşınmaz əmlakın inventarlaşdırılması tamamlanıb

2021-07-31

gun az article

Hərbi ekspert: "Ukraynalılar Azərbaycanın yolu ilə gedərək qələbə qazanmaq istəyirlər"

2021-07-31

gun az article

Leyla Abdullayeva: “Ermənistan Azərbaycanın beynəlxalq sərhədləri çərçivəsində ərazi bütövlüyünü bərpa etdiyini qəbul etmək istəmir”

2021-07-31

gun az article

“Tokio-2020”: Türkiyə ilk qızıl medalını qazandı

2021-07-31

gun az article

Mövlud Çavuşoğlu Azərbaycan Prezidentinə təşəkkür edib

2021-07-31

gun az article

Azərbaycan XİN Ermənistan XİN-ə cavab verib

2021-07-31

gun az article

Meşə yanğınları Alanyaya çatdı - VİDEO

2021-07-31

gun az article

Yair Lapid: “Neft tankerimizə hücum İranın işidir və ona kəskin cavab verilməlidir”

2021-07-31

gun az article

Səfir Bilal Hayee: "Pakistan xalqı hər zaman Azərbaycan xalqının yanındadır"

2021-07-31