Xamneyi: “İslam inqilabı öz səhvlərini düzəltməyə hazırdır”

14.02.2019, 12:34

GünazTV: İranın dini lideri axund Əli Xamneyi fevralın 13-də islam inqilabının 40-cı ildönümü münasibətilə bəyanat yayaraq, hakim rejimin son 40 ildə yürütdüyü siyasətini dəstəkləyərək, onun bu günə qədər yol verdiyi səhvləri düzəltməyə hazır olduğunu bildirib.

 

Xamneyi öz bəyanatına islam respublikasının son 40 ildə siyasi, ictimai, iqtisadi, hərbi və elmi sahələrdə əldə etdiyi “nailiyyətlər”ini sadalayaraq, ölkə əhalisinə müraciətində deyib ki, islam inqilabı artıq öz həyatının yeni mərhələsinə qədəm qoyur: “İslam respublikası həmişə yumşaq mövqedən çıxış edib və artıq yol verdiyi səhvlərini düzəltməyə hazırdır. Lakin bu inqilab, passivlik tərəfdarı deyil və öz idelalarında hər hansı bir dəyişiklik etməyəcək. İslam respblikası mövcud durumla bağlı edilən tənqidlərə müsbət həssaslıqla yanaşır və bu tənqidləri Allahın neməti sayır. Lakin heç bir bəhanə adı altında öz əvvəlki dəyərlərindən vazkeçmək, uzaqlaşmaq fikrində deyil.

 

İslam respublikası əvvəldə olduğu kimi öz üsul və ideyalarına sadiqdir və öz rəqibləri və düşmənləri ilə saxladığı məsafəni qoruyub saxlamağa həssaslıqla yanaşır, ona önəm verir. İslam inqilabı qələbə çaldığı gündən indiyə qədər həmişə güclü, mehriban və güzəştə gedən olub və heç vaxt ifratçılığa yol verməyib. Bu inqilab, başlandığı gündən nə rəhimsiz olub, nə qan tökən, nə passiv olub, nə də tərəddüdə yol verib”.

 

Xamneyi öz bəyanatında islam respublikasının Amerika ilə münasibətlərinə də toxunub: “Bu gün Amerika hökuməti siyasi və təhlükəsizlik baxımdan islam respublikasına qarşı çıxmaq məqsədilə bölgənin onlarla düşmən dövləti ilə böyük bir koalisiya yaratmağa ehtiyac duyur. Lakin bütün bunlara baxmayaraq, Amerika İran İslam Respublikası ilə üz-üzə durarsa, yenə məğlubiyyətə uğrayacaq”.

 

Qeyd edək ki, yaydığı bəyanatında rejimin son 40 ildə müxtəlif məsələlərlə bağlı sahələrdə “yumşaq siyasət” yürütdüyünü və heç bir zaman “ifrata yol vermədiyini” iddia edən Xamneyi, 1989-cu ildə İran zindanlarında minlərlə siyasi məhbusun kütləvi şəkildə edam edilərək, naməlum kütləvi məzarlıqlarda basdırılmasına toxunmayıb.

Xamneyi həmçinin, hazırda dinc fəaliyyətinə və siyasi əqidəsinə görə həbs edilən, ölkə zindanlarında saxlanılan minlərlə siyasi məhbusun, qadın hüquq müdafiəçisinin, xristian, sünni və bəhainin, jurnalist, milli və ictimai fəalların acınacaqlı durumuna aydınlıq gətirməyib.

 

A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Vərziğanda Qacarlar dövrünə aid tarixi abidə dağılmaq üzrədir

2023-03-30

gun az article

“Görüş” proqramı: “Demokratiyaya keçidin müzakirəsi” və “Cilovluq qətliamı”-VİDEO

2023-03-30

gun az article

Təbrizdə avtobus kirayələri kəskin artdı

2023-03-29

gun az article

Təbrizili sənətçilər Beynəlxalq Film Festivalında mükafatlandırılıb

2023-03-29

gun az article

Güney Azərbaycanda müəllimlər etiraz aksiyaları keçiriblər

2023-03-29

gun az article

 “Özümüz” proqramında müzakirə: “Osmanlı-Səfəvi ilişkisi”  - VİDEO

2023-03-29

gun az article

Mərənddə 5 nəfər edama məhkum edildi

2023-03-29

gun az article

"Biz hökumətdən əfv istəmirik, İslam Respublikasına son qoyulmalıdır"-Nərgiz Məhəmmədi

2023-03-28

gun az article

“Parlaq gələcək”: “Brüssel yürüşünün dəyərləndirilməsi” və “Cenevrədə BMT-də “Ərk” Cəmiyyətinin konfransı”  - VİDEO

2023-03-28

gun az article

“Azadlıq səsi” proqramında müzakirə- “Azərbaycana qarşı erməni-fars təxribatları”  -VİDEO

2023-03-27

gun az article

Tehranda Azərbaycan bayrağı asıldı

2023-03-27

gun az article

Təbrizdə aksiya: divarlara etiraz məzmunlu afişalar asıldı

2023-03-27

gun az article

“Dəyirmi masa”: “İranın Azərbaycana qarşı təhdidləri” və “Azərbaycanlıların Brüssel toplantısı” -VİDEO

2023-03-26

gun az article

Həmədanda Azərbaycan mahnısına görə restoran bağlandı

2023-03-26

gun az article

Güney azərbaycanlılar Brüsseldə mitinq keçiriblər

2023-03-25

gun az article

“Körpü”də müzakirə: “Güney Azərbaycanda məsələ dövlətsizlik məsələsidir” -VİDEO

2023-03-25

gun az article

Təbrizdə taksi kirayələri kəskin artdı

2023-03-25

gun az article

Xoyda baş verən zəlzələdə xəsarət alanların sayı açıqlandı

2023-03-24

gun az article

Ərdəbildən Azərbaycan Respublikasına dəstək

2023-03-24

gun az article

Güney Azərbaycanda 5.6 bal gücündə zəlzələ baş verib

2023-03-24