Xamneyi: “Nüvə sazişi İranın xeyrinə dəyişməlidir”

2021-03-22 14:28

İranın "dini lider”i Əli Xamneyi martın 21-də dövlət televiziyasında çıxış edərək 2015-ci ildə Tehranla Qərb arasında imzalanmış nüvə sazişindən, Amerikanın İrana qarşı sanksiyalarından və yeni nüvə danışıqlarından danışıb.

Gunaz.tv Quote | Gunaz article

İranın nüvə sazişi ilə bağlı “qəti siyasətini” bir daha vurğulayan Xamneyi deyib ki,  əgər Amerika İranın nüvə razılaşması əsasında üzərinə götürdüyü öhdəliklərinə qayıtmasını istəyirsə, əvvəlcə tətbiq etdiyi sanksiyaları ləğv etməlidir.


 “Vəziyyət və şərait 2015-ci ilə nisbətən tam dəyişib və İran daha da güclənib. Bizim əldə olunmuş nüvə sazişi ilə bağlı mövqeyimiz aydındır və dəyişməyib. Hesab edirik ki, ABŞ razılaşmaya uyğun olaraq ölkəmizə qarşı bütün sanksiyaları qaldırmalıdır. Məhz Vaşinqtonun bu addımından sonra biz nüvə sazişinə qayıdacağıq.


Daha doğrusu, amerikalılar əvvəlcə bütün sanksiyaları qaldırmalıdırlar, sonra biz onların sanksiyaları həqiqətən qaldırıldığını yoxlayacağıq və sonra nüvə sazişinə görə üzərimizə götürdüyümüz öhdəliklərin icrasına qayıdacağıq. Həmçinin əgər sazişlə bağlı hər hansı yeni bir müzakirə aparılacaqsa və ya ona dəyişiklik ediləcəksə, nüvə sazişi İranın xerinə dəyişməlidir.
  

Amerikanın İrana qarşı maksimum təzyiq siyasətinə gəldikdə, Vaşinqtonun bu siyasəti artıq iflasa uğrayıb və əgər Bayden administrasiyası özündən əvvəlki prezidentin bizə qarşı tətbiq etdiyi “maksimum təzyiq" siyasətini davam etdirmək istəsə, bu siyasət yenə nəticə verməcək və yenidən iflasa uğrayacaq”-, deyə İranın "dini lider”i Əli Xamneyi dövlət televiziyasında etdiyi çıxışında bəyan edib. 


Xatırladaq ki, ABŞ Prezidenti Co Bayden sazişi yenidən bərpa etməyə hazır olduğunu deyib. Amma onun administrasiyası İranın əvvəlcə nüvə öhdəliklərinə qayıtmalı olduğunu bildirib. Tehran isə son aylar ABŞ-ın sanksiyalarına cavab olaraq üzərinə götürdüyü öhdəliklərin çoxunun icrasını dayandırıb.


Amerika Birləşmiş Ştatları 2018-ci ildə birtərəfli qaydada sazişdən çıxıb. Keçmiş prezident Donald Tramp administrasiyası isə yürütdüyü nüvə və raket proqramlarına görə, eləcə də regionda apardığı dağıdıcı fəaliyyətinə və təmsilçi qüvvələrə dəstəyinə görə İrana qarşı “maksimum təzyiq” siyasəti yürüdüb.


A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

İranda azərbaycanlı namizəd prezident seçkisində iştirakdan imtina etdi

2021-06-16

gun az article

Jurnalistlər Füzuli rayonuna səfərə gedib

2021-06-16

gun az article

Bu gün terror-təxribat törədən erməni silahlı dəstəsinin 14 üzvünün məhkəməsi başlayır

2021-06-16

gun az article

İran həbsxanalarında qadınlara cinsi təcavüz hekayətləri

2021-06-16

gun az article

Kosmik Agentliyə sədr təyin edilib

2021-06-16

gun az article

Ərdoğan bu gün Milli Məclisdə çıxış edəcək

2021-06-16

gun az article

İstiqlalçı millət vəkili vəfat edib

2021-06-16

gun az article

Türkiyə Prezidenti Cıdır düzündən paylaşım edib

2021-06-15

gun az article

Azərbaycanla Türkiyə arasında müttəfiqlik haqqında Şuşa Bəyannaməsi imzalandı

2021-06-15

gun az article

Prezident: "Türkiyə Şuşada konsulluq açacaq"

2021-06-15

gun az article

Şuşada İlham Əliyevlə Ərdoğanın təkbətək görüşü keçirilib - VİDEO

2021-06-15

gun az article

Azərbaycan koronavirus: Bu günə olan yoluxma sayı açıqlandı

2021-06-15

gun az article

Ter-Petrosyan: “Nə Koçaryan, nə də Paşinyanla koalisiya qurmayacam”

2021-06-15

gun az article

Beni Qants: “Amerika ilə birgə İranın nüvə silahına yiyələnməsinin qarşısını alacağıq”

2021-06-15

gun az article

İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı Şuşada qarşıladı

2021-06-15

gun az article

Putin miqrantların Rusiyada qalma müddətini uzadıb

2021-06-15

gun az article

İranın Şiraz şəhərində daha 1 bəhai həbs edilib

2021-06-15

gun az article

Prezident İlham Əliyev Ərdoğanı Füzulidə qarşıladı

2021-06-15

gun az article

Selçuk Bayraktar: "Türkiyə bizik, Anadolu bizik, Azərbaycan bizik"

2021-06-15

gun az article

"Qafqazın tarixi yenidən yazılır"-Prezidentin sözçüsü

2021-06-15