Xamneyi: “Xuzistan əhalisi diqqətli olmalıdır ki, düşmənin əlinə bəhanə verilməsin”

2021-07-23 14:22

İranın “dini lider”i axund Əli Xamneyi bu gün bir sıra ölkə rəsmiləri ilə görüşdə 9 günlük susqunluğun ardınca ilk dəfə Xuzistanda baş verən su üsyanına münasibət bildirib.

Gunaz.tv Quote | Gunaz article

Xamneyi öz çıxışında Əhvaz əhalisinin və digər bölgə sakinlərinin 9 gündür açıq-aşkar ona qarşı səsləndirdiyi “Ölüm” şüarına toxunmadan deyib ki, əgər rəsmilər onun Xuzistanın su və kanalizasiya probleminin həlli ilə bağlı etdiyi əvvəlki tövsiyələrinə əməl etsəydilər, indi vəziyyət bu yerə gəlib çatmazdı.


"Hesab edirəm ki, rəsmilər və yeni hökumət başçıları Xuzistan problemləri ilə ciddi məşğul olmalı, mövcud çətinlikləri aradan qaldırmalıdır. Xuzistan əhalisi yaranmış vəziyyətə görə öz narazılığını büruzə verdi. Əlbəttə buna görə onlardan giley-güzarlıq etmək olmaz. Çünki isti iqlimi olan Xuzistan kimi bir yerdə su problemi kiçik bir problem deyil.


Lakin Xuzistan əhalisi düşmənlərin məkrli planlarını nəzərə alaraq diqqətli olmalıdırlar ki, onların (düşmənin-red) əlinə bəhanə verilməsin”, -deyə İranın “dini lider”i axund Əli Xamneyi bildirib.


İran Silahlı Qüvvələrinin baş komandanı olan Əli Xamneyi öz çıxışında onun tabeliyində olan “Sepah”, “Bəsic”, polis və təhlükəsizlik qüvvələrinin dinc etirazçılara qarşı apardığı qanlı repressiyalarda ən azı 8 nəfəri birbaşa atəş nəticəsində öldürməsinə toxunmayıb. 

اعتراضات خوزستان در چند روز گذشته

A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Əfqanıstanda partlayış: 3 ölü, 20 yaralı

2021-09-18

gun az article

Ermənistanda polis rəisinin müavini avtomobillə vurulub

2021-09-18

gun az article

Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

2021-09-18

gun az article

Azərbaycanın tanınmış mədəniyyət xadimlərinin Şuşaya səfəri başa çatıb

2021-09-18

gun az article

Amerika rəsmisi: “Blinkenin iranlı həmkarı ilə görüşmək üçün planı yoxdur”

2021-09-18

gun az article

Ordumuzun minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir- VİDEO

2021-09-18

gun az article

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

2021-09-18

gun az article

Şuşada Beynəlxalq Musiqi Festivalının açılışı oldu

2021-09-18

gun az article

“Üzeyirin ruhu qarşısında imtahan verdim” - Mənsur İbrahimov

2021-09-18

gun az article

İmran Xan: “İran-Səudiyyə qarşıdurması Pakistan üçün faciə sayılacaq”

2021-09-18

gun az article

“Şuşada istilik sistemləri bərpa olunur” - Aydın Kərimov

2021-09-18

gun az article

Türkiyə və ABŞ rəsmiləri Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib

2021-09-18

gun az article

Livanın baş naziri: “Hizbullah”ın İrandan yanacaq idxal etməsi Livanın milli hakimiyyətini pozur”

2021-09-18

gun az article

İƏT Ombudsmanlar Assosiasiyası Qarabağla bağlı hesabat hazırlayacaq

2021-09-18

gun az article

"Aİ hərbi cəhətdən ABŞ-dan asılı olmamalıdır" - Almaniyalı nazir

2021-09-18

gun az article

Rusiyada virusdan daha 799 nəfər ölüb

2021-09-18

gun az article

Baş nazir: "Gürcüstan-Azərbaycan dostluq münasibətləri yüksək səviyyədədir"

2021-09-18

gun az article

İranda bankdan kredit ala bilməyən gənc müəllim intihar edib

2021-09-18

gun az article

ABŞ-dan Fransaya 90 milyardlıq zərbə - Makron səfiri geri çağırdı

2021-09-18

gun az article

Mədəniyyət xadimləri Güllələnmiş heykəlləri ziyarət edib

2021-09-18