SON XƏBƏRLƏR

Xamneyini istefaya çağıran bəyanatı imzalayanlardan bir neçəsinin məhkəməsi keçirilib

2021.10.20, 07:36
Xamneyini istefaya çağıran bəyanatı imzalayanlardan bir neçəsinin məhkəməsi keçirilib

Gunaz.tv

GünAz TV: İranın “dini lider”i Əli Xamneyini istefaya çağıran bəyanatı imzalayanlardan bir neçə nəfərinin məhkəməsinin keçirildiyilə bağlı məlumatlar yayılıb.

 

Ədliyyə vəkili Məhəmmədhüseyn Ağasının media orqanları ilə müsahibə zamanı dediklərinə əsasən, oktyabrın 21-də həmin şəxslərdən Giti Purfazil, Şəhla Entisari və Zəhra Camalinin məhkəmələri keçirilib.

 

Giti Purfazil və Şəhla Entisarinin vəkili olan Məhəmmədhüseyn Ağası proses zamanı müvəkkillərini müdafiə etmək istiqamətində bütün addımları atdığını, onlara qarşı hökmün təqribən 2 həftə sonra çıxarılacağını deyib.

 

Vəkil həmçinin qeyd edib ki, Məşhəd İnqilab Məhkəməsinin qarşısında etiraz aksiyası keçirən Abbas Vahidiyan Şahrudinin məhkəmə prosesi də gələn həftənin 1-ci günü, həmin şəhərdə baş tutacaq.

 

Sosial şəbəkələrdə isə sözügedən bəyanatı imzalayanlardan digəri- Məryəm Mənsurinin də ötən gün məhkəməsinin keçirildiyi barədə məlumatlar yayılıb.

 

Qeyd etmək lazımdır ki, cari ilin avqust ayında 14 qadın siyasi fəal Əli Xamneyini “dini liderlik” məqamından istefa verməsi və İslam Respublikası siyasi sisteminin buraxılmasını tələb edən bəyanat imzalamışdı. Bundan qısa müddət sonra həmin qadınların əksəriyyəti təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.

 

Bundan öncə, yəni iyun ayının 11-də 12 kişi, 2 qadın siyasi və mədəni fəal oxşar bəyanat imzalamışdı.

 

Digər tərəfdən, bu bəyanatı imzalayanlardan biri- Kamal Cəfəri Yəzdinin təhlükəsizlik qüvvələri tərəfindən saxlanılmasına etiraz olaraq Məşhəd İnqilab Məhkəməsinin önündə etiraz aksiyası keçirən 10 digər mədəni fəal da həbs edilənlər arasındadır.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar