SON XƏBƏRLƏR

Xamneyini istefaya çağıran qadınlardan biri zaminə buraxılıb

2021.10.20, 07:36
Xamneyini istefaya çağıran qadınlardan biri zaminə buraxılıb

Gunaz.tv

GünAz TV: Vəkil Məhəmməd Hüseyn Ağasi İranın “dini lider”i Əli Xamneyini istefaya çağıran bəyanatı imzalayanlardan biri- Şəhla Entesarinin 500 milyon tümənlik mülki vəsiqə ilə müvəqqəti azadlığa buraxıldığını deyib.

 

O, sözügedən bəyanatı imzalayan digər qadın Giti Purfaziliyə qarşı da 500 milyon tümənlik mülki vəsiqə qərarının çıxarıldığını bildirib.

 

Xatırladaq ki, hər iki qadının məhkəməsi oktyabrın 21-də keçirilmişdi.

 

Cari ilin avqust ayının əvvəllərində İranda yaşayan 14 qadın siyasi fəal bəyanat yayaraq, “dini lider” Əli Xamneyini istefa və İslam Respublikası siyasi sistemini buraxmağa çağırmışdılar. Bundan sonra həmin bəyanatı yayan qadınlar saxlanmışdılar.

 

Bundan bir müddət öncə isə 12 kişi, 2 qadın mədəni və siyasi aktivist oxşar bəyanat yaymaqla, Xamneyini istefaya çağırmış və konstitusiyanın dəyişdirilməsini tələb etmişdilər.

 

Eləcə də, avqustun 20-də bəyanatı imzalayanlardan biri- Kamal Cəfəri Yəzdiyə qarşı ağır ittihamlarla həbs cəzasının çıxarılmasına Məşhədin Ədliyyə İdarəsinin qarşısında etiraz edən  10 digər mədəni fəal da həbs edilmişdi.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar