GünazTV: İranın “dini lideri” Əli Xamneyinin ali təhsil ocaqlarındakı nümayəndəsinin siyasi-mədəni işlər üzrə müavini axund Məhəmməd Mehdi Salehi avtobobil qəzası nəticəsində ölüb.
İran hökumət saytlarının yaydığı xəbərə əsasən, martın 12-də Məşhədə səfəri zamanı yolda baş verən avtomobil qəzası nəticəsində ağır yaralanan və Tehranın “Təcriş şəhidləri” xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən axund, martın 20-də səhhətinin pisləşməsinin ardınca keçinib.
Axundun keçirdiyi avtomobil qəzasının detalları mediaya açıqlanmayıb.
A.M