SON XƏBƏRLƏR

Xamneyinin müşaviri: “Səudiyyə Ərəbistanının İrana hücumunun ilk günündə Ər-Riyadı min raketlə vuracağıq”

2021.10.20, 07:36
Xamneyinin müşaviri: “Səudiyyə Ərəbistanının İrana hücumunun ilk günündə Ər-Riyadı min raketlə vuracağıq”

Gunaz.tv

GünAzTV: İranın dini liderinin hərbi məsələlər üzrə müşaviri Yəhya Rəhim Səfəvi, iyunun 24-də Şirazda keçirilən bir tədbirdə çıxış edərək Səudiyyə Ərəbistanı ilə İsrailə qarşı sərt bəyanatlar səsləndirib.

 

Çıxışı zamanı Səudiyyə Ərəbistanının İrana qarşı mümkün hərbi hücumu ilə bağlı sualı cavablandıran Rəhim Səfəvi deyib ki, İran bölgənin 1-nömrəli qüdrətidir və regionda bu ölkənin (İranın) iştirakı olmadan heç bir problem öz həllini tapmayacaq: “Əgər Sudiyyə Ərəbistanı belə bir səhvə yol versə, biz onların ölkəmizə qarşı hərbi hücumunun elə ilk günündə Ər-Riyadı min raketlə vuracaq, saraylarını başlarına yıxacağıq”.

 

Rəhim Səfəvi həmçinin Tel-Əvivi təhdid edərək, İsrailin “Hizbullah” raketlərinin hədəfinə çevrilməsinə də toxunub: “Bu gün, 80 min raketi olan Livan “Hizbullah”ı, İsrailə qarşı daimi bir təhdidə çevrilib”.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar