SON XƏBƏRLƏR

Xamneyinin nümayəndəsindən terrora çağırış: “Britaniya səfirini tikə-tikə doğrayın”

2021.10.20, 07:36
Xamneyinin nümayəndəsindən terrora çağırış: “Britaniya səfirini tikə-tikə doğrayın”

Gunaz.tv

GünAz TV: İranın “dini lider”i Əli Xamneyinin Rəzəvi Xorasan əyalətindəki nümayəndəsi və Məşhədin imam-cüməsi Əhməd Ələmülhüda rejim tərəfdarlarını terrora çağırıb.

 

O, İslam Respublikası rejimi tərəfdarlarına səslənərək, onları Britaniyanın Tehrandakı səfirini “öldürüb, tikə-tikə doğramağa” çağırıb.

 

Xatırladaq ki, Britaniyanın Tehranda akkreditə olunmuş səfiri Robert Makeyr bir neçə gün öncə bu şəhərdə “Sepah”ın vurduğu Ukrayna sərnişin təyyarəsində ölənlərin anım mərasimi ilə bağlı keçirilmiş yürüşdə iştirak etmişdi. Bu səbəbdən İran təhlükəsizlik qüvvələri onu müvəqqəti olaraq saxlamışdı.

 

Avropa İttifaqının (Aİ) Xarici Siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozef Borel səfirin həbs edilməsini pislənmişdi və İran rəsmilərini Diplomatik əlaqələr haqqında Vyana Konvensiyasına əməl etməyə çağırmışdı.

 

İran Xarici İşlər nazirinin müavini Abbas Əraqçi Robert Makeyrin saxlanmasından yalnız polisin onunla əlaqə saxlamasından sonra xəbər tutduğunu iddia etmişdi.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar