SON XƏBƏRLƏR

Xankəndinə səfərlərin məqsədi

2021.10.20, 07:36
Xankəndinə səfərlərin məqsədi

Gunaz.tv
Xankəndinə səfərlərin məqsədi hemsedrler.jpg "Həmsədrlər tədricən Dağlıq Qarabağdakı qondarma rejimi dünyaya tanıtdırmaq xətti tutublar" İyunun 28-də ATƏT-in Minsk qrupunun həmsədrləri Metyu Brayza (ABŞ), Yuri Merzlyakov (Rusiya) və Bernar Fasye (Fransa) Xankəndində olublar. Erməni mətbuatının yaydığı məlumata görə, speratçıların lideri Bako Saakyan deyib ki, "Dağlıq Qarabağın danışıqlarda iştirakı olmadan münaqişənin tənzimlənməsində son nəticəyə nail olmaq mümkün deyil". Bako Saakyanın fikirlərini bölüşən həmsədrlər qeyd ediblər ki, Qarabağ separatçılarının danışıqlarda iştirakı zaman məsələsidir. Rəvan Məmmədli Məsələylə bağlı fikirlərini öyrəndiyimiz Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı deyir ki, həmsədrlərin yenə də Ermənistan ərazisindən Dağlıq Qarabağa getməsi Azərbaycanın ərazi bütövlüyünə qarşı hörmətsizlikdir. Əgər həmsədrlər bu gün Azərbaycanın ərazi bütövlüyünə qarşı davamlı surətdə hörmətsizlik nümayiş etdirirlərsə, onların vasitəçiliyilə danışıqların davamının heç bir mənası yoxdur. Akif Nağı bildirdi ki, Metyu Braza, Yuri Merzlyakov və Bernar Fasyedən tələb olunmalıdır ki, izahat versinlər, hərəkətlərinə aydınlıq gətirsinlər. Digər tərəfdən, həmsədrlər çoxdan çalışırlar ki, Dağlıq Qarabağın separatçı erməni nümayəndələrini danışıqlarda iştirakçı kimi qəbul etdirsinlər. Buna həmsədr dövlətlərdən daha çox Rusiya çalışır və dəfələrlə də bu cür bəyanat səslənib. ABŞ və Fransa da Moskvanın bu mövqeyini dəstəkləyir: "Həmsədrlər nə qədər çalışsalar da, Azərbaycan imkan verməməlidir ki, Dağlıq Qarabağdakı qondarma rejimin nümayəndələri danışıqlara tərəf kimi qatılsınlar. Çünki bu iştirak avtomatik olaraq Ermənistanı bir işğalçı tərəf kimi kənarlaşdıracaq. Bu, İrəvanın maraqlarına uyğundur". QAT sədri xatırlatdı ki, Azərbaycan rəsmiləri hərdən-bir bəyanat verirlər ki, Dağlıq Qarabağın azərbaycanlı və erməni icması eyni vaxtda müəyyən məsələlərin müzakirəsinə qatıla bilərlər. Bu format da düzgün deyil, məsələnin mahiyyətindən uzaqlaşmaqdır. Azərbaycan həmsədr dövlətlərin təzyiqləri altında bu cür müəyyən güzəştlərə gedir: "Ancaq bu, prinsipial bir məsələdir və güzəştə getmək olmaz. Azərbaycanın nə deməsindən asılı olmayaraq, faktiki həmsədrlər bu hərəkətləriylə, Xankəndinə səfər etməklə, onların nümayəndələriylə görüşməklə Dağlıq Qarabağdakı qondarma rejimi tanıyırlar. Bizimkilər deyirlər ki, həmsədrlər Xankəndində Dağlıq Qarabağın erməni icmasının nümayəndələriylə görüşməyə gediblər. Amma bütün beynəlxalq mətbuat yazır ki, həmsədrlər Dağlıq Qarabağdakı separatçı rejimin prezidentiylə görüşdülər. Bu, düşünülmüş və Azərbaycana qarşı yönəlmiş bir siyasətdir. Rəsmi Bakı da bunun qarşısını alamaq üçün özündə cəsarət və qətiyyət tapmalıdır. Heç kəsə sirr deyil ki, Dağlıq Qarabağı və onun ətrafındakı ərazini də Ermənistan işğal edib. Hər hansı məsələ də Ermənistanla müzakirə olunmalıdır". KİV-in yazdıqlarından belə anlaşılır ki, bu dəfə Ermənistandan Xankəndinə getməyi rusiyalı həmsədr təklif edib. Akif Nağı bunun fərqinin olmadığını söylədi. Çünki həmsədrlər belə qərarları birlikdə qəbul edirlər. Uzun müddətdir onlar belə bəhanə gətirirdilər ki, Azərbaycanın ərazisindən getmək üçün təhlükəsizlik təminatı verilmir. Amma ötən ilin yayında Azərbaycandan bir qrup "ziyalı" Tərtər rayonunun ərazisindən Xankəndinə gedib: "Deməli, Azərbaycan ərazisindən Xankəndinə getmək mümkündür və təhlükəsizliklə bağlı deyilən fikirlər bəhanədir. Əgər bu xırda məsələdirsə, nə üçün İrəvan təkid göstərir ki, həmsədrlər Qarabağa məhz Ermənistanın ərazisindən getsinlər? Deməli, xırda məsələ deyil. Söhbət Ermənistanın iddiasından gedir. Ermənistan iddiasını ortaya qoyur, həmsədrlər də bu tələblə hesablaşırlar". QAT sədri onu da dedi ki, həmsədrlərin Dağlıq Qarabağa getməsi həm də dolayı oradakı qondarma rejimi danışıqlarda tərəf kimi təqdim etməkdir: "Bu, de-fakto qondarma qurumun rəhbərini tanımaqdır. Düzdür, həmsədrlər deyirlər ki, Bakıya gələndə Nizami Bəhmənovla da görüşürlər. Amma bunlar tamamilə fərqli görüşdür. Nizami Bəhmənovla görüş formaldır və heç bu dəfə onunla görüşmədilər. Nizami Bəhmənovla da görüşəndə 20-25 dəqiqə otururlar, bunun da heç bir mənası yoxdur. Amma hər dəfə təkid edirlər ki, hökmən Dağlıq Qarabağa getməli, onların fikirlərini öyrənməlidirlər. Həmsədrlər bu addımı atmaqla yenə də Ermənistanın tələblərini yerinə yetirirlər. Beləliklə, ATƏT-in Minsk qrupunun həmsədrləri tədricən Dağlıq Qarabağdakı qondarma rejimi dünyaya tanıtdırmaq xətti tutublar". xalqcebhesi

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar