SON XƏBƏRLƏR

Xaric ölkələrdə fars dili və ədəbiyyatı ixtisasını inkişaf etdirmək üçün külli miqdarda vəsait ayrılıb, qeyri-fars dilləri isə....

2021.10.20, 07:36
Xaric ölkələrdə fars dili və ədəbiyyatı ixtisasını inkişaf etdirmək üçün külli miqdarda vəsait ayrılıb, qeyri-fars dilləri isə....

Gunaz.tv

GünAz TV: İran rejimi tətbiq etdiyi asimilasyon siyasəti ilə ölkədə qeyri-fars dillərini zəiflədərək sıradan çıxarılmasına cəhd etdiyi halda fars dilinin gücləndirilməsi və yayılması üçün külli miqdarda vəsait xərcləyir.


Elmlər, tədqiqat və texnologiya nazirinin iranşünaslıq və fars ədəbiyyatı inkişafı işləri üzrə müavini Bahadur Baqiri xarici ölkələrin universitetlərində fars dili və ədəbiyyatı ixtisasının inkişafı üçün 300 milyard rial vəsait ayrıldığını bildirib. O iyulun 4-də verdiyi açıqlamada prezidentin müavini və Büdcə və Planlaşdırma Təşkilatının rəisi Məhəmmədbaqir Nobəxtin sözügedən məbləğin ayrılması ilə razılaşdığını diqqətə çatdırıb.


Bu məbləğ ötən illərə nisbətən iki dəfə artıb. Bundan əvvəllki illərdə təxminən 150 milyard rial xarici universitetlərdəki fars dili və ədəbiyyatı ixtisasına vəsait ayrılırdı.


“İsna” xəbər agentliyinin yaydığı məlumata görə, qeyd olunan məbləğ bu ayın sonunadək aidiyyatı qurumlara təhvil veriləcək.


Bahadur Baqiri bildirib ki, ayrılan məbləğin miqdarı tələb etdikləri məbləğlə təxminən eynidir.


İran dünyanın 62 ölkəsinin universitetlərində pulsuz olaraq 340 fars dili və ədəbiyyatı ixtisası yaradıb. Bu ixtisas üzrə təhsil alan öyrəncilərə İran farsdilli ölkə kimi təqdim olunur.


İran rejimi ölkədaxilində də fars dilini yaymaq üçün bir çox tədbirlərə əl atır. Bu məqsədlə “Fars dili və ədəbiyyatı mədəniyyət evi”, “İslami İrşad və Mədəniyyət Nazirliyi”, “Mətbuat, Nəşriyyə və Kitabların nəşr edilməsini himayə edən Qurum”, “İncəsənət Qurumu”, Təhsil Nazirliyi”, “Teleradio Şirkəti” və “Sədi Fondu”na hər il külli miqdarda vəsait ayrılır.


İranda fars dilindən fərqli olaraq qeyri-fars dillərinə təmami ilə fərqli münasibət bəslənilir. Bu dillər təkcə dövlət dəstəyindən məhrum deyil, onlar həm də dövlət zərbəsi altında özünü qoruyub saxlamağa məcburdur. Ölkənin təkdilli təhsil sistemi yalnız fars dili və ədəbiyyatının inkişafına xidmət edir. Misal üçün, 30 milyondan çox Azərbaycan türk millətinin ana dili hətta bir dərslik kimi də məktəblərdə tədris olunmur. Ana dildə təhsil tələb edən mədəni fəallar isə rejim tərəfindən saxlanılır, onlar ağır həbs cəzası ilə üzləşir və müxtəlif təzyiqlərə məruz qalır.



N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar