SON XƏBƏRLƏR

XARİCİ İŞLƏR NAZİRİ: «İRANDA ABŞ-ın MƏNAFEYİNİ QORUYACAQ OFİSİN AÇILMASI MƏSƏLƏSİNƏ BAXILA BİLƏR»

2021.10.20, 07:36
XARİCİ İŞLƏR NAZİRİ: «İRANDA ABŞ-ın MƏNAFEYİNİ QORUYACAQ OFİSİN AÇILMASI MƏSƏLƏSİNƏ BAXILA BİLƏR»

Gunaz.tv
XARİCİ İŞLƏR NAZİRİ: «İRANDA ABŞ-ın MƏNAFEYİNİ QORUYACAQ OFİSİN AÇILMASI MƏSƏLƏSİNƏ BAXILA BİLƏR» mottaki-absh-iran-2-2.jpg Mənuçehr Mottaki BMT-nin İqtisadi-İctimai Şurasının iclasına qatılmaq üçün Nyu-Yorka gedən İranın xarici işlər naziri Mənuçehr Mottaki jurnalistlərə açıqlamasında bildirib ki, ABŞ rəsmi təklif irəli sürsə, bu ölkənin İranda mənafeyini qoruyan ofisin açılması məsələsinə baxıla bilər. Ötən həftə ABŞ mediası bu ölkənin İranda təmsilçiliyinin açılacağı barədə məlumat yayıb. «Media forum» saytının məlumatına görə, M.Mottaki bu barədə hələlik ABŞ tərəfdən hər hansı təklif gəlmədiyini vurğulayıb: «Ötən il biz təklif etdik ki, İranla ABŞ arasında birbaşa uçuşlar olsun. İstər bu məsələ, istərsə də ABŞ-ın İranda mənafeyini qoruyan ofisin açılması müzakirə mövzusu ola bilər». Siyasi ekspertlər Mottakinin bəyanatını İranın ABŞ-a ilk yaşıl işığı kimi qimətləndirsələr də, bunun baş tuta biləcəyinə şübhə ilə yanaşdıqlarını bildiriblər. 1979-cu ildə İranda baş verən islam inqilabından az sonra özlərini inqilabın rəhbəri ayətullah Xomeyninin siyasi xəttinin alovlu tərəfdarı sayan bir qrup tələbə ABŞ-ın Tehrandakı səfirliyinə hücum edib. Onlar səfirliyin bütün əməkdaşlarını bir ildən çox səfirliyin binasında girov saxlayıblar. Ona görə də 29 ildir nə ABŞ-ın İranda, nə də İranın ABŞ-da diplomatik təmsilçiliyi fəaliyyət göstərir. İranın BMT-dəki təmsilçisi də bu səbəbdən Avropada – Cenevrə şəhərində oturur. Hazırda İsveçrənin İrandakı səfirliyi həm də ABŞ-ı təmsil edir. «Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar