SON XƏBƏRLƏR

Xarici şirkətlər Azərbaycan dilinə hörmətsizlik edir

2021.10.20, 07:36
Xarici şirkətlər Azərbaycan dilinə hörmətsizlik edir

Gunaz.tv
Xarici şirkətlər Azərbaycan dilinə hörmətsizlik edir article_1213102932.gif Xarici neft şirkətlərində Azərbaycan dilinə hörmət edilmir. Bu ittihamla Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının sədri Mirvari Qəhrəmanlı çıxış edib. M.Qəhrəmanlı bildirib ki, şirkətlərdə keçirilən monitorinqlər zamanı sənədləşmələrin ingilis dilində aparıldığı məlum olub. Kargüzarlıq işlərinin dövlət dilində aparılmaması Konstitusiyanın və Dövlət Dili haqqında qanunun pozulması kimi qiymətləndirilib: "İşə götürülərkən işçilərin ixtisas üzrə mütəxəssis olmasına deyil, ingilis dili bilməsinə üstünlük verilir. Xarici şirkətlərdə Əmək Məcəlləsinin 16-cı maddəsi də pozulur. Belə ki, rəsmi dövlət dilində danışan və yazan vətəndaşlara qarşı ayrı-seçkiliyə yol verilir". Təşkilatın hesabatında xarici dillərlə yanaşı rəsmi dövlət dilindən istifadə edilməməsi, kargüzarlığın paralel dildə aparılmaması pislənilir: "Şirkətlərin təhlükəsizlik xidmətlərinin iş paltarlarında, avtomobillərin üzərində elan və reklamlar xarici dildə yazılıb. //Olaylar

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar