Xəzər İbrahim : "Biz bilirik ki, PKK təhlükəsi çox yüksəkdir və bunun cavabını verməyə hazırıq"

2008-06-02 16:03

"PKK terrorçu təşkilatdır" Xəzər İbrahim : "Biz bilirik ki, PKK təhlükəsi çox yüksəkdir və bunun cavabını verməyə hazırıq" Dünən Xarici İşlər Nazirliyində həftəlik brifinq keçirildi. Bu həftə xarici işlər naziri Elmar Məmmədyarovun bir sıra vacib görüşlə

Gunaz.tv Quote | Gunaz article

"PKK terrorçu təşkilatdır" Xəzər İbrahim : "Biz bilirik ki, PKK təhlükəsi çox yüksəkdir və bunun cavabını verməyə hazırıq" Dünən Xarici İşlər Nazirliyində həftəlik brifinq keçirildi. Bu həftə xarici işlər naziri Elmar Məmmədyarovun bir sıra vacib görüşlər keçirəcəyini deyən XİN-in mətbuat katibi Xəzər İbrahim dünən Avropa Birliyinin Cənubi Qafqaz ölkələri üzrə xüsusi nümayəndəsi Piter Semnebilə görüşün olduğunu bildirdi. Bu cür görüşlər haqqında məlumat verən mətbuat katibi ötən həftə Brüsseldə Avropa- Azərbaycan tələbələri forumunun keçirildiyini, həmin tədbirə xarici işlər nazirinin müavini Araz Əzimovun təmsil etdiyini və konfransda Azərbaycanın AB ölkələrindəki səfirlərinin də qatıldığını söylədi. Bu gün Almaniyanın "Konrad Adenauer" fondu Azərbaycan səfirliyilə bir yerdə tədbir keçirəcək. Tural Konfransın mövzusu isə Azərbaycanda çoxsaylı dinlərin birgə yaşayışı, dini tolerantlıq və ictimai inkişafdır. İşğal olunmuş ərazilərdə terrorçu qrupların məskunlaşmasıyla bağlı sualı cavablandıran Xəzər İbrahim regionda beynəlxalq təhdidlər və təhlükələrin hələ də qaldığını vurğuladı: "Bu təhlükələr beynəlxalq terrorizm, narkotika trafiki və silahların qeyri-qanuni dövriyyəsidir. Yəni regionda təhlükələr çoxdur və bunlar qeyri-ənənəvi təhlükələrdi. Amma Qafqazda ənənəvi təhlükələr də çox geniş yayılıb. Həm ənənəvi, həm də qeyri-ənənəvi təhdid və təhlükələrə cavab vermək üçün Azərbaycan daim iş aparır. Biz dəfələrlə qeyd etmişik ki, PKK terrorçu təşkilatdır. Digər tərəfdən, qloballaşmış dünyada terror təşkilatları başqa təşkilatlarla birgə fəaliyyət göstərir. Azərbaycan özünə qarşı bu təhdidləri gördüyü təqdirdə müvafiq cavab verəcək". Azərbaycanın işğal olunmuş ərazilərində fəaliyyət göstərən PKK-çılarla bağlı məlumatların olduğunu deyən XİN rəsmisi həmin məlumatların davamlı olaraq beynəlxalq təşkilatlarla müzakirə edildiyini açıqladı: "Amma bunlar təbii ki, açıq şəkildə, yəni KİV vasitəsilə çatdırılmır. Biz bilirik ki, PKK təhlükəsi çox yüksəkdir və bunun cavabını verməyə hazırıq". Xəzər İbrahim xarici işlər nazirinin Dövlət Departamentinin Avrasiya enerji təhlükəsizliyi məsələləri üzrə xüsusi nümayəndəsilə görüşündə Azərbaycanın enerji təhlükəsizliyi məsələsinin qaldıracağı haqda sualı da cavablandırdı: "Enerji təhlükəsizliyi məsələsi Azərbaycanın həm xarici siyasətində, həm də ümumi dövlət siyasətində önəmli yerlərdən birini tutur. Azərbaycan bu istiqamətdə müxtəlif dost dövlətlər və tərəfdaş təşkilatlarla əməkdaşlıq edir. Biz bundan sonra da bu əməkdaşlığı davam etdirəcəyik. Təbii ki, enerji məsələləri çərçivəsində bütün danışıqlarda Bakı-Tiflis-Ceyhanın təhlükəsizliyi və ümumiyyətlə, digər enerji sektorunun təhlükəsizliyi önəmli yerlərdən birini tutur. Azərbaycan danışıqlarda və müzakirələrdə bu məsələləri də önəmli bir məsələ kimi qaldırır. İlk növbədə hansısa bir enerji infrastrukturunun mühafizəsi həmin dövlətin vəzifəsidir. Azərbaycan da Bakı-Tiflis-Ceyhan kəmərinin öz ərazisindən keçən hissəsinin təhlükəsizliyini təmin etməyə hazırdı. BTC-nin yalnız Azərbaycan deyil, eyni zamanda Gürcüstan və Türkiyə hissələri də var. O dövlətlər də fərdi olaraq öz ərazilərində təhlükəsizliyin qorunması üçün səylər göstərirlər. Digər tərəfdən, birgə qrup da mövcuddur ki, Azərbaycan, Türkiyə və Gürcüstan bu istiqamətdə əməkdaşlıq edirlər". Xəzər İbrahim Ermənistanın xarici işlər naziri Nalbandyanın Moskvaya səfərinə və səfərdən sonra Rusiya xarici işlər naziri Sergey Lavrovun həmsədrlərin adından bəyanat verərək müharibə variantının mümkünsüzlüyünü bildirməsinə münasibət açıqladı: "Əgər Rusiyanın xarici işlər naziri belə bəyanat verirsə, onda bu ölkə Ermənistanın öz işğalçı qüvvələrini Azərbaycan ərazisindən çıxarmasını tələb etməlidir. Çünki münaqişənin hərb yoluyla həll etmək əzmində olan yeganə dövlət Ermənistandır, bu məqsədlə də Azərbaycan ərazilərini işğal edib. Ona görə də burada məntiqi bir sual yaranır ki, nə üçün Rusiya Ermənistandan işğalçılığa son qoymağı tələb etmir?" Hazırda Azərbaycanın danışıqları davam etdirdiyini deyən Xəzr İbrahim yaxın vaxtlarda dövlət başçılarının görüşünün olacağını xatırlatdı: "Biz Ermənistandan konkret cavab gözləyirik. Bilmək istəyirik ki, qarşı tərəf münaqişənin həll etmək əzmindədir? onların bunun üçün iradəsi var, ya yox? Ermənistanın bu iradəyə malik olmadığı, bu istiqamətdə iş aparmaq fikrində olmadığını görsək, təbii ki, danışıqlar aparılmasının da heç bir əhəmiyyəti olmayacaq. Azərbaycan hər zaman öz gücünə arxalanıb və biz danışıqlar öncəsi öz milli maraqlarımızı üstün götürərək öz qabiliyyətimizi, gücümüzü otaya qoyaraq danışıqlara hazırlaşırıq. Biz kiminləsə bu istiqamətdə məsləhətləşmələr aparmağa lüzum görmürük. Çünki danışıqlar prosesində iki tərəf var və vasitəçilər mövcuddur. Ona görə də bu formatda danışıqlar gedir. Nalbandyanın Rusiyaya getməsi və orada danışıqlar aparması bu ölkənin tam suveren hüququdur. Digər tərəfdən, bu görüşdə Sergey Lavrovun belə bəyanat verməsi Ermənstana müvafiq mesajın verilməsilə də gücləndirilməlidir. Sergey Lavrovun həmsədrlərin adından bəyanat verməsinə gəldikdə isə, məndə belə məlumat yoxdur ki, ona belə hüquq veriblər, ya yox?. Digər tərəfdən, əgər bu hər üç həmsədr dövlətin mövqeyidirsə, bu çox gözəldir. Yəni onlar hamısı Ermənistandan öz silahlı qüvvələrini Azərbaycan ərazilərindən qeyd-şərsiz çıxarılmasını tələb etməlidirlər". Xəzər İbrahim Avropa Şurasının Azərbaycanla bağlı çıxardığı qətnaməsində sərt məqamların olmasına da münasibət açıqladı: "Biz yaxın vaxtlarda yenidən sərt qətnamələrin olmasını gözləmirik və digər tərəfdən də Azərbaycanla bu dildə danışmaq mümkün deyil". www.xalqcebhesi.az
Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Türkmən insan hüquqları kampaniyası fəalı Abbas Lisaniyə qarşı çıxarılan ədalətsiz hökmü pisləyib - VİDEO

2020-07-11

gun az article

Şərqi Azərbaycanda koronavirus səbəbilə bütün idman mərkəzlərinin fəaliyyəti 1 həftəlik dayandırılıb

2020-07-11

gun az article

Şərqi Azərbaycanın 12 şəhərində koronavirusla bağlı vəziyyət böhranlıdır

2020-07-11

gun az article

Ərdəbildə koronavirusa yoluxmuş ana sağlam uşaq dünyaya gətirib

2020-07-11

gun az article

İran parlamentinin Həştruddan seçilmiş deputatı koronavirusa yoluxub

2020-07-11

gun az article

GünazTV Juluy.10.2020: Azadlıq səsi: Milli Hərəkatda dövlətçilik düşüncəsi və formaları

2020-07-11

gun az article

GünazTV July.10.2020-QADINCA: Milli hərəkatını mübariz simvolu Abbas Lisaninin 15 illik həbsi

2020-07-11

gun az article

GünazTV July.10.2020: İran hakimiyyəti Kiş adasının Çinə verilməsi xəbərini rədd edir

2020-07-10

gun az article

Tikantəpədə mədənlərin ətraf mühitə vurduğu ziyan yerli əhalini köç etməyə məcbur edir

2020-07-10

gun az article

İranda yaşayan qeyri-fars millətlərin təmsilçiləri Abbas Lisaniyə qarşı çıxarılan ədalətsiz hökmün ləğv edilməsini tələb edib

2020-07-10

gun az article

Güney Azərbaycan yollarında baş verən qəzalarda 8 nəfər ölüb

2020-07-10

gun az article

Güney Azərbaycanda koronavirusa yoluxanların sayı sürətlə artır

2020-07-10

gun az article

Güney azərbaycanlı ata və oğul həbsxanadan məzuniyyətə buraxılıblar

2020-07-10

gun az article

Türkmən insan haqları təşkilatı Abbas Lisaniyə qarşı çıxarılan hökmü qınayıb + Video

2020-07-10

gun az article

GünazTV July.09.2020-Sözümüz: Ədəbi körpü

2020-07-10

gun az article

GünazTV July.09.2020- Düşünməyə Çağrı: Ortadoğuda Türkiyənin Terörlə Mücadələsi və Güney Azərbaycan

2020-07-10

gun az article

Güney azərbaycanlı fəal Əli Əziziyə qarşı yeni ittiham irəli sürülüb

2020-07-09

gun az article

GünazTV July.09.2020: "Azərbaycanın Mandela"sına verilən 15 illik həbs cəzası təsdiqləndi"

2020-07-09

gun az article

Qərbi Azərbaycanda koronavirus qurbanlarının sayı 530 nəfəri ötüb

2020-07-09

gun az article

“United for İran” insan hüquqları təşkilatı güney azərbaycanlıların Abbas Lisaniyə dəstək klipini yayıb+ VİDEO

2020-07-09