SON XƏBƏRLƏR

Xəzər İbrahim: “Ümid edirik ki, Bakı sammitində Xəzərin statusu problemi həll olunacaq”

2021.10.20, 07:36
Xəzər İbrahim: “Ümid edirik ki, Bakı sammitində Xəzərin statusu problemi həll olunacaq”

Gunaz.tv
Xəzər İbrahim: “Ümid edirik ki, Bakı sammitində Xəzərin statusu problemi həll olunacaq” Azərbaycan bu ilin payızında Xəzəryanı ölkələrin Bakıda keçiriləcək sammitində dənizin hüquqi statusuna dair məsələnin həll olunacağına ümid edir. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Xəzər İbrahim deyib. İran və Türkmənistanla status məsələsi ilə bağlı danışıqların davam etdiyini söyləyən diplomat bildirib ki, danışıqlarda hər dövlət öz maraqlarından çıxış edir, lakin bu maraqlar digər dövlətlərin maraqları ilə ziddiyyət yaratmamalıdır. ---------------------------------------------------------------------------------- Polşanın birinci xanımı Azərbaycana gəlib Polşa prezidentinin xanımı Mariya Kaçinska Azərbaycan prezidentinin xanımı Mehriban Əliyevanın dəvəti ilə Bakıya gəlib. Polşanın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, səfərin əsas məqsədi M. Əliyevanın təşəbbüsü ilə “Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi” mövzusunda iyunun 10-11-də Bakıda keçiriləcək beynəlxalq konfransda iştirak etməkdir. Səfər çərçivəsində xanım Kaçinska Bakı Slavyan Universitetində fəaliyyət göstərən Polyak Dili və Mədəniyyəti Mərkəzində müəllim və tələbələrlə görüşəcək, polşalı memar Yozef Qoslavskinin adını əbədiləşdirəcək xatirə lövhəsinin açılış mərasimində də iştirak edəcək. Qeyd edək ki, xatirə lövhəsi memarın yaşadığı binanın üzərinə prezident İlham Əliyevin sərəncamı ilə vurulub. 19-cu əsrin sonlarında Bakı şəhərinin memarı vəzifəsində çalışan Qoslavski Hacı Zeynalabdin Tağıyevin mülkü (Tarix Muzeyi), Şəhər Dumasının binası (Bakı İcra Hakimiyyəti), Müsəlman qızlar məktəbi (Əlyazmalar İnstitutu), Neft Akademiyasının köhnə binası və digər binaların müəllifi olub APA

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar