XİN bəzi xarici media agentliklərinin guya Azərbaycana Suriyadan döyüşçülərin gətirilməsi ilə bağlı iddialarına münasibət bildirib

2020-10-01 13:19

"Son günlərdə bəzi xarici KİV-də guya ki, Azərbaycana Suriyadan döyüşçülərin gətirilməsi ilə bağlı tamamilə yalan və iftira dolu qarayaxma kampaniyasının aparıldığını müşahidə edirik. Heç bir fakta əsaslanmayan, uydurma şəxslərlə müsahibələr şəklində yayılan bu iddiaların arxasında Ermənistanın durduğu heç bir şübhə doğurmur".

Gunaz.tv Quote | Gunaz article

APA-nın xəbərinə görə, bunu XİN-in Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib.


O bildirib ki, bu qarayaxma kampaniyasının məqsədi Ermənistan tərəfindən son zamanlar nümayişkaranə şəkildə həyata keçirilən və beynəlxalq humanitar hüququn kobud pozulması halı olan Yaxın Şərq ölkələrindən terror təşkilatlarının nümayəndələrinin Azərbaycanın işğal olunmuş ərazilərinə köçürülməsinin yaratdığı mənfi beynəlxalq ictimai rəyi kompensasiya etmək cəhdidir.


"Ermənistan tərəfindən Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf rayonlarının işğalı zamanı hərbi əməliyyatlarda terror qruplaşmalarından və muzdlu döyüşçülərdən istifadə edildiyinə dair çoxsaylı faktlar mövcuddur. Hazırda da Ermənistan rəhbərliyi bu siyasəti davam etdirərək, həyata keçirdiyi yeni təcavüz aktı çərçivəsində Azərbaycana qarşı ekstremist ünsürlərdən geniş istifadə edir. Belə ki, Ermənistanın hərbi məqsədlər üçün istifadə ediləcək “könüllü döyüşçü dəstələrin” yaradılması planı, məhz illər ərzində Yaxın Şərq bölgəsindən Ermənistana köçürülmüş terrorçuların “xidmətlərindən” istifadə  etmək məqsədi güdür.


İllərdən bəri ağır demoqrafik böhran yaşayan və bunun nəticəsində silahlı qüvvələrini komplektləşdirmək iqtidarında olmayan Ermənistandan fərqli olaraq, Azərbaycanın tam komplektləşdirilmiş silahlı qüvvələri mövcuddur və bu silahlı qüvvələr qarşıya qoyulan məqsədə nail olmaq üçün hər hansı bir kənar qüvvəyə, xüsusilə də qeyri-nizami qruplaşmalara ehtiyac duymayacaq qədər peşəkar və güclüdür.


Bu uydurma iddialar sadə məntiqə sığmadığı kimi, hərbi-texniki cəhətdən də tutarsızdır. Müxtəlif mənbələr guya ki, Azərbaycana bir-neçə yüz civarında muzdluların gətirildiyini iddia edir. O zaman belə bir sual ortaya çıxır; iki nizami ordunun mümkün toqquşması kontekstində azsaylı qeyri-nizami dəstələr qüvvələr balansında nə dəyişiklik edə bilər? Əlbəttə, dezinformasiyanı yayanlar bu suala cavab vermək iqtidarında deyil.


Bir daha, Azərbaycana qarşı aparılan bu çirkin iddiaları qətiyyətlə rədd edir və Azərbaycan Ordusunun öz beynəlxalq sərhədləri çərçivəsində ərazi bütövlüyü təmin etmək üçün heç bir kənar qüvvəyə ehtiyacı olmadığını vurğulayırıq", - deyə XİN rəsmisi vurğulayıb.


Ə.A

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

İzmirdə zəlzələdə ölənlərin sayı 17-yə, yaralıların sayı 709-a çatıb

2020-10-31

gun az article

XİN: Beynəlxalq ictimaiyyəti Ermənistanın vandalizm aktını pisləməyə çağırırıq

2020-10-30

gun az article

Dövlət Komissiyası: Ermənistan 84 yaşlı Melkumyanın nəşini ailə üzvlərinə çatdırmaqdan imtina edib

2020-10-30

gun az article

Daha 9 kənd işğaldan azad edilib- FOTO

2020-10-30

gun az article

Baş prokuror: “Ermənistanın muzdlulardan istifadə etdiyi təsdiqlənib”

2020-10-30

gun az article

Baş Prokurorluq: Sentyabrın 27-dən bugünədək erməni təcavüzü nəticəsində 7 ailə tamamilə məhv olub

2020-10-30

gun az article

Hikmət Hacıyev: “Ermənistan çoxsaylı hərbi və insanlıq əleyhinə cinayətlər törədib”

2020-10-30

gun az article

Elman Rüstəmov: "Strateji valyuta ehtiyatlarımız 50 mlrd. dollardan çoxdur"

2020-10-30

gun az article

Müdafiə Nazirliyi: Ordumuza məxsus PUA vurulmayıb

2020-10-30

gun az article

Amnesty International Bərdə terrorunda kasetli bombalardan istifadəni təsdiqlədi

2020-10-30

gun az article

Müdafiə Nazirliyi: “Azərbaycan tərəfinin hücum cəhdi olmayıb”

2020-10-30

gun az article

MN: Bərdəni atəşə tutan "Smerç" məhv edilib - VİDEO

2020-10-30

gun az article

Ermənilərin Göygöl və Goranboya mərmi atması nəticəsində meşəlik ərazilərdə yanğın başlayıb

2020-10-30

gun az article

Türkiyənin keçmiş Baş naziri Məsud Yılmaz vəfat edib

2020-10-30

gun az article

Ermənistanda son sutkada COVID-19-a 2 398 yoluxma qeydə alınıb, 28 nəfər ölüb

2020-10-30

gun az article

Təhsil naziri: "Son bir ayda erməni təcavüzü nəticəsində 9 şagirdimiz dünyasını dəyişib"

2020-10-30

gun az article

Mülki bölgələrə raket zərbələrinin endirilməsi ilə bağlı məsələ AŞPA komitəsinin gündəliyinə salınıb

2020-10-30

gun az article

İsraillin Bakıdakı keçmiş səfiri Azərbaycana əhalinin qorunması üçün “Dəmir Qübbə”ni təklif edib- FOTO

2020-10-30

gun az article

Müdafiə Nazirliyi: Hərbi cinayət törətmiş növbəti yüksək vəzifəli erməni hərbçisi məhv edilib

2020-10-30

gun az article

Ronaldinyodan Azərbaycana dəstək: “Qarabağ Azərbaycandır!” – VİDEO

2020-10-29