XİN: Ermənistan XİN-in beynəlxalq hüquq normalarından danışması riyakarlığın son həddidir

2021-06-18 13:02

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsi Ermənistan XİN-in Şuşa Bəyannaməsi ilə bağlı açıqlamasını şərh edib.

Gunaz.tv Quote | Gunaz article

Azərbaycan XİN-in açıqlamasında deyilir:

Azərbaycan və Türkiyə Prezidentləri tərəfindən imzalanmış Şuşa Bəyannaməsini şərh edərək bu sənədin erməni xalqına qarşı yönəldiyini iddia edən Ermənistan XİN-i hələ də Ermənistanın onilliklər ərzində davam edən təcavüzkar siyasətinin, qonşu dövlətin ərazilərinə olan iddialarının, xalqın rifahına deyil, bir qrup insanın maraqlarına xidmət edən siyasət yürütməsinin və nəhayət, sərgilədiyi revanşist mövqeyinin məhz erməni xalqına qarşı olduğunu dərk etmir. Ermənistanın bu barışmaz mövqeyi bölgədə sülh və təhlükəsizliyin təmin olunmasına başlıca maneədir.

Beynəlxalq hüququn fundamental normalarını, o cümlədən dövlətlərin suverenliyi, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığını onilliklə ərzində kobud şəkildə pozan, bir milyonadək azərbaycanlının insan hüquqlarını heçə sayan Ermənistan XİN-inin indi beynəlxalq hüquq normalarından danışması riyakarlığın son həddidir. Beynəlxalq hüquqa istinad edən Ermənistan, ilk növbədə ona hörmət etməyi öyrənməlidir.

Azərbaycan və Türkiyə liderləri tərəfindən təklif edilən regional əməkdaşlıq platformasını rədd edən Ermənistanın XİN-in, bunu “erməni xalqına qarşı təhlükə” və “bölgə üçün təhdid” bəhanələri altında təqdim etməsi isə Ermənistanın sülh, əməkdaşlıq, inkişaf meyllərindən nə qədər uzaq olduğunu açıq şəkildə nümayiş etdirir.

Azərbaycanın ərazilərinin işğaldan azad edilməsi ilə bölgədə yeni vəziyyət formalaşıb və regional əməkdaşlığın həyata keçirilməsi üçün unikal imkanlar yaranıb. Bu vəziyyəti dərk edərək, əməkdaşlıqdan faydalanmaq və ya bunun əksi artıq Ermənistanın verəcəyi qərardır. Azərbaycan və Türkiyə isə Şuşa Bəyannaməsində də ehtiva olunduğu kimi, “beynəlxalq hüququn prinsip və normalarına, o cümlədən də Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə uyğun olaraq qlobal və regional sülh, sabitlik və təhlükəsizliyin təmin edilməsində birgə səylərini davam etdirəcəklər”. (report.az)

Ayxan

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Ərdoğan: "Azərbaycan Türkiyəyə yanğınsöndürən təyyarə göndərib"

2021-07-31

gun az article

Azərbaycanda son sutkada 633 nəfər COVID-19-a yoluxub, 174 nəfər sağalıb

2021-07-31

gun az article

Əfqanıstanda 60 nəfər selin qurbanı oldu

2021-07-31

gun az article

Türkiyədə meşə yanğınlarından həlak olanların sayı 6-ya çatıb

2021-07-31

gun az article

Azərbaycan Ordusunun hərbi qulluqçusu həlak olub

2021-07-31

gun az article

Milli Məclis sədri növbədənkənar sessiyasının çağırılması haqqında sərəncam imzalayıb

2021-07-31

gun az article

Qubada "Şəhidlər" xatirə-kompleksinin açılışı olub

2021-07-31

gun az article

Putinlə Ərdoğan arasında telefon danışığı olub

2021-07-31

gun az article

MN: "Azərbaycan Ordusunun atəşkəsi pozması barədə məlumat yalandır"

2021-07-31

gun az article

Tehranda benzin etirazlarında öldürülən aksiyaçıların doğmaları aksiya keçirib: Şəhid anaları həbs edilib

2021-07-31

gun az article

Cahit Bağçı Türkiyədəki meşə yanğınları ilə bağlı son vəziyyəti açıqladı

2021-07-31

gun az article

Azad edilən ərazilərdə 13 911 daşınmaz əmlakın inventarlaşdırılması tamamlanıb

2021-07-31

gun az article

Hərbi ekspert: "Ukraynalılar Azərbaycanın yolu ilə gedərək qələbə qazanmaq istəyirlər"

2021-07-31

gun az article

Leyla Abdullayeva: “Ermənistan Azərbaycanın beynəlxalq sərhədləri çərçivəsində ərazi bütövlüyünü bərpa etdiyini qəbul etmək istəmir”

2021-07-31

gun az article

“Tokio-2020”: Türkiyə ilk qızıl medalını qazandı

2021-07-31

gun az article

Mövlud Çavuşoğlu Azərbaycan Prezidentinə təşəkkür edib

2021-07-31

gun az article

Azərbaycan XİN Ermənistan XİN-ə cavab verib

2021-07-31

gun az article

Meşə yanğınları Alanyaya çatdı - VİDEO

2021-07-31

gun az article

Yair Lapid: “Neft tankerimizə hücum İranın işidir və ona kəskin cavab verilməlidir”

2021-07-31

gun az article

Səfir Bilal Hayee: "Pakistan xalqı hər zaman Azərbaycan xalqının yanındadır"

2021-07-31