XİN: Ermənistanın Şuşada aparılan təmir işləri ilə bağlı iddiaları əsassızdır

2021-05-04 17:17

"Azərbaycanın 30 ilə yaxın işğal altında saxlanılan ərazilərinin azad edilməsi ilə ölkəmiz bu ərazilərin bərpa və quruculuq prosesinə başlayıb. Hazırda bu ərazilərdə nəhəng yenidənqurma işləri həyata keçirilir, o cümlədən onilliklərlə davam edən Ermənistan işğalı zamanı yerlə yeksan edilmiş tarixi, mədəni və dini irsimiz bərpa olunur".

Gunaz.tv Quote | Gunaz article

Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin Ermənistan Xarici İşlər Nazirliyinin Azərbaycan tərəfindən Şuşada aparılan bərpa işləri ilə bağlı bəyanatına cavabında bildirilib.

Qeyd olunub ki, Şuşa şəhərində həyata keçirilən geniş miqyaslı quruculuq işləri çərçivəsində məscidlər, tarixi abidələr, məqbərələr, ev-muzeyləri, eləcə də Qazançı kilsəsi bərpa edilir: "Qeyd etmək istərdik ki, bu yenidənqurma işləri Şuşanın tarixi simasının bərpa edilməsi məqsədilə, məhz orijinal memarlıq üslubuna uyğun olaraq həyata keçirilir.

Eyni zamanda onu da vurğulamaq istərdik ki, Şuşadakı Qazançı kilsəsinin 200 metrliyində “İsgəndər M” raketinin qalıqlarının tapılması və yalnız xoşbəxtlikdən bu faciənin baş verməməsi onu göstərdi ki, bu ölümcül silahla Ermənistan bütün şəhəri, o cümlədən “dəyər verdiyi” kilsəni belə məhv etməyə hazırdır.

Ermənistan Xarici İşlər Nazirliyinə xatırladırıq ki, qonşu dövlətin ərazilərini onilliklər ərazində qanunsuz hərbi işğal altında saxlayan Ermənistandan fərqli olaraq, torpaqlarını azad edən Azərbaycan üçün ərazisindəki hər bir abidə, bina, daş belə dəyərlidir; onların yenidən qurulması və qorunmasına dövlət səviyyəsində əhəmiyyət verilir.

Ermənistana gəldikdə isə, bu ölkənin Azərbaycanın ərazilərində törətdiyi vəhşiliklər göz qabağındadır. Ermənistan bu ərazilərdəki mədəni və tarixi irsin xarakterini sistematik və qəsdən məhv edib və ya dəyişdirib, o cümlədən muzeylərin mülkiyyətində olan əlyazmalar və digər dəyərli eksponatlar yox edilib və yaxud onlar oğurlanaraq qara bazarlarda satışa çıxarılıb, Azərbaycanın xalçaçılıq sənətinin dəyərli nümunələri talan edilib, yüzlərlə mədəniyyət müəssisəsi, 4,6 milyon kitab fondu olan 927 kitabxana, 100 mindən artıq eksponatın toplandığı 22 muzey və muzey filialı, 4 rəsm qalereyası, 8 mədəniyyət və istirahət parkı, habelə Füzuli rayonu ərazisində dünyanın ən qədim yaşayış məskənlərindən biri – Azıx mağarası, Şuşa Dövlət Tarix-Memarlıq Qoruğu erməni vandalizminin qurbanına çevrilib.

Bütün bu vəhşiliklərə, beynəlxalq öhdəliklərin pozuntusuna səbəb olan bir ölkənin Azərbaycan tərəfindən öz ərazisində aparılan bərpa-quruculuq işləri ilə bağlı hər hansı şərh verməyə mənəvi, ya da hər hansı hüquqi əsası yoxdur. Bu gün Azərbaycan Ermənistanın təcavüzkar siyasətinin, törətdiyi vandallıqların ağır nəticələrini aradan qaldırır, odur ki, belə olan halda Ermənistan XİN-in əsassız iddialar deyil, üzrxahlıq bəyanatı ilə çıxış etməsi daha doğru olardı". (report)

Ayxan

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Ərdoğan: “Dağlıq Qarabağda NATO səviyyəsində dəstək verilməsi zəruridir”

2021-06-14

gun az article

İlham Əliyev: "Azad edilmiş bütün torpaqların su mənbələrinin xəritəsi hazırlanır"

2021-06-14

gun az article

Ceyhun Bayramov Britaniyanın Dövlət Naziri ilə telefonla danışıb

2021-06-14

gun az article

Abbas Lisani və digər siyasi məhbuslar aclığı dayandırdı

2021-06-14

gun az article

Azərbaycan əhalisinin sayı açıqlanıb

2021-06-14

gun az article

Şəhid jurnalistlərlə bağlı sərəncam imzalandı

2021-06-14

gun az article

NATO-nun sammiti başlayıb

2021-06-14

gun az article

Prezident İlham Əliyev və Mehriban Əliyeva Füzuliyə səfər ediblər

2021-06-14

gun az article

İlham Əliyev Zəfər yolunun tikintisi ilə tanış olub

2021-06-14

gun az article

Ərdəbil zindanında edama məhkum edilmiş gənc damarlarını kəsdi

2021-06-14

gun az article

Azərbaycan məktəblərində son zəng çalınıb

2021-06-14

gun az article

Türkiyə səfiri Cıdır düzündə

2021-06-14

gun az article

“Gürcüstanın vasitəçiliyi başqa dövlətlərə mesaj oldu” - Deputat

2021-06-14

gun az article

ABŞ-da şəhid jurnalistlərin xatirəsi anılıb

2021-06-14

gun az article

Təbrizli deputat namizədlərin diskvalifikasiya edilməsini tənqid edib

2021-06-14

gun az article

İtaliya XİN: Bakı ilə Yerevan arasındakı dialoqu dəstəkləyirik

2021-06-14

gun az article

Almaniyalı ekspert: Hava təchizatı baxımdan Azərbaycandan geri qalırıq

2021-06-14

gun az article

Niderland Ukraynaya qalib gəldi - AVRO-2020

2021-06-14

gun az article

Bayden NATO zirvəsində Ərdoğanla S-400 sistemlərini müzakirə edəcək

2021-06-14

gun az article

Əhmədinejad: “ETTELAAT-da ən yüksək kəşfiyyat məmurunun özü İsrail casusu çıxdı”

2021-06-13