SON XƏBƏRLƏR

Xomeyni İmdad Komitəsinin rəhbəri Aİ-nin Ancelina Coliyə İrandan “daha çox” pul verməsinə gileylənib

2021.10.20, 07:36
Xomeyni İmdad Komitəsinin rəhbəri Aİ-nin Ancelina Coliyə İrandan “daha çox” pul verməsinə gileylənib

Gunaz.tv

GünAz TV: İranın Xomeyni İmdad Komitəsinin rəhbəri Pərviz Fəttah ölkə rəhbərliyindən Avropa İttifaqının İranda selin fəsadlarının aradan qaldırılması üçün ayırdığı köməyi qəbul etməməsini istəyib.

 

Onun sözlərinə görə, “Avropa İttifaqı rəqqasə olan Ancelina Coliyə 40 milyon avro kömək etdiyi təqdirdə, İrana az kömək edib”.

 

Pərviz Fəttah əlavə edib ki, xarici işlər nazirliyi gərək bu məbləği onların “başına vurardı”.

 

Qeyd etmək lazımdır ki, İranda baş vermiş sel nəticəsində ən azı 76 nəfər ölüb, mindən çox insan yaralanıb. Ölkəyə milyardlarla dollar zərər dəyib. Bir çox ölkələr İrana humanitar yardım göndərib. Avropa İttifaqı da selin fəsadlarının aradan qaldırılması üçün İrana 1.5 milyon avro yardım ayırıb.

 

Ə.A

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar