Xomeyninin nəticəsi türkləri işğalçı və talançı adlandırdı

2021-06-23 14:38

İran islam inqilabının lideri Ruhullah Xomeyninin nəticəsi Seyid Əhməd Xomeyni, islahatçılardan danışarkən pan-farsist ifadələr işlədib, türkləri və ərəbləri “işğalçı və talançı" adlandırıb.

Gunaz.tv Quote | Gunaz article

Seyid Əhməd “İslahatçılıq diridir?” başlıqlı məqaləsində yazır:

“İranı tanıyırıq. Tarix boyu hücumlara və yağmalara məruz qalıb. 

Makedoniyalı İskəndər, moğollar (monqol-tatarlar), Teymurilər, Mahmud Əfqan və Səlcuqluların hücumuna məruz qalıb. Bizim tariximiz qonşularımızın hücumu və işğalçılığı ilə müşayiət olunub”.

Əhməd Xomeyni yazısında irqçi ifadələr işlədib.

"Ancaq İranı başqalarından fərqləndirən bir cəhət var. Bütün bu ağır hücumlar və işğalçılıqlara baxmayaraq, iranlılar qonşularından fərqli olaraq nə ərəb oldular, nə də türkə çevrildilər. İranlılar zəngin mədəniyyətləri sayəsində ərəbləri iranlı edib, türkləri fars dilli xalqa çevirdilər”-deyə, Xomeyninin nəticəsi yazıb. 

Fars dili və mədəniyyəti ilə öyünən Əhməd Xomeyni daha sonra yazır: "İranlılar hücumçulara məğlub olsa da, onların mədəniyyətlərini məğlub edərək iranlılaşdırdı”.

Qeyd edək ki, İranın yeni prezidenti İbrahim Rəisi də Azərbaycan dili və mədəniyyətinin qorunması ilə bağlı vədlər verib. O, iyunun 16-da Təbrizdə Ustad Şəhriyarın məzarını ziyarət edib.

O, bununla bağlı rəsmi "Twitter" hesabında paylaşım edib və “fars dilində şeir yazan azəri dilli şair Məhəmməd Hüseyn Behcəti Təbrizi Şəhriyarın məzarı başında fatihə”  qeydini yazıb.

Onun bu ifadələri Güney azərbaycanlı sosial şəbəkə istifadəçilərinin etirazları ilə qarşılaşıb. Bundan sonra Rəisi “fars dilli” ifadəsini silməyə məcbur olub, ancaq “azəri” ifadəsini saxlayıb.

Sosial media istifadəçiləri statusun rəy bölümünə çoxlu etiraz fikirləri yazıb.

C.E


Mövzu ilə bağlı digər xəbərləri buradan oxuya bilərsiniz:

Prezidentliyə namizəd İbrahim Rəisi Təbrizdə türk dilininin inkişafı ilə bağlı vədlər verdi
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

24 İyul Təbriz aksiyasında saxlanılanlardan 3-ü dindirilib

2021-08-01

gun az article

Qəzvində üç məhkum edam edilib

2021-08-01

gun az article

Milli fəallar Aydın Zakiri və Vəhid Xavəndinin ittihamları sübuta yetirilməyib

2021-07-31

gun az article

Təbriz aksiyasında saxlanılan fəal müvəqqəti azadlığa buraxılıb

2021-07-31

gun az article

Yanğının söndürülməsində Türkiyə və Azərbaycan yanğınsöndürənləri birgə iştirak edir

2021-07-31

gun az article

Zənganda son bir ayda 27 nəfər yol qəzalarının qurbanı olub

2021-07-31

gun az article

Vərziğanın milət vəkili Süngün mis mədəninin talanmasına bəraət qazandırıb

2021-07-31

gun az article

Üç türkmən jurnalist məhkəməyə çağırılıb

2021-07-31

gun az article

Milli fəal Əli Vasiqi məzuniyyətə buraxıldı

2021-07-31

gun az article

Xamneyinin nümayəndəsindən Allahşükür Paşazadəyə dəstək

2021-07-31

gun az article

Təbrizdə tarixi yer adları yenidən farslaşdırıldı- FOTO

2021-07-31

gun az article

“Traxtur”dan böyükhesablı qələbə- Təbriz klubu paytaxt təmsilçisini darmadağın etdi -VİDEO

2021-07-31

gun az article

Milli fəal Rza Vasiqi Ərdəbil həbsxanasına qayıdıb

2021-07-31

gun az article

GünazTV July.30.2021-Azadlıq səsi: İran rejimi dağılmağa doğru

2021-07-30

gun az article

GünazTV July.30.2021: Körpü: İran’da İnterneti Kəsmək

2021-07-30

gun az article

Təbrizli xeyriyyəçi məktəblilərin xərclərinin ödənilməsi üçün 4 qatlı bina bağışlayıb

2021-07-30

gun az article

24 iyul aksiyasında saxlanılan milli fəalların son durumu ilə bağlı məlumat açıqlandı

2021-07-30

gun az article

Tikintisi 14 ildir davam edən Təbriz-Əhər yolunun açılışı yenə ertələndi

2021-07-30

gun az article

Təbrizdə məhbuslara dəstək aksiyası: Şəhərdə afişalar yayıldı- FOTO

2021-07-30

gun az article

Şəhruz və Şahin Bərzgər qardaşlarının son durumu ilə bağlı məlumat açıqlandı

2021-07-30