SON XƏBƏRLƏR

“Xoy məntəqəsində baş verən zəlzələ bölgəsində minlərlə evə ziyan dəyib”

2021.10.20, 07:36
“Xoy məntəqəsində baş verən zəlzələ bölgəsində minlərlə evə ziyan dəyib”

Gunaz.tv

GünAz TV: Fevralın 23-də Qərbi Azərbaycanda yerləşən Xoy məntəqəsdinin Qotur şəhərində baş verən zəlzələdə minlərlə ev və ticarət obyektinə ziyan dəyib.

 

Bu barədə Qərbi Azırbaycan valisinin abadlaşdırma işləri üzrə müavini Aydın Rəhmani mətbuata məlumat verib.

 

“Mənzil Fondunun apardığı araşdırmalardan sonra təbii fəlakət bölgəsində minlərlə evə ziyan dəydiyi məlum olub. 4 evdə yenidənqurma işlərinə ehtiyac var. Bu evlərin 3 min 700-ü kəndlər, 300-ü isə Qotur şəhərinə aiddir. 1300 evdə isə təmir-bərpa işləri aparılmalıdır.”- deyə o bildirib.

 

Aydın Rəhmaninin sözlərinə görə, bölgədə mal-qaranın saxlandığı 3 min 700 tövlə, 210 ticarət obyekti və mədəniyyət məkanlarında da yenidənqurma işlərinə ehtiyac yaranıb.

 

Vali müavini zəlzələ nəticəsində 127 nəfərin xəsarət aldığını, onlardan 6-ı istisna olmaqla hamısının xəstəxanadan evə buraxıldığını diqqətə çatdırıb.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar