SON XƏBƏRLƏR

Xoy Şəhərinin Ettelaat İdarəsi azərbaycanlı fəalların mobil telefonlarını qaytarmaqdan imtina edir

2021.10.20, 07:36
Xoy Şəhərinin Ettelaat İdarəsi azərbaycanlı fəalların mobil telefonlarını qaytarmaqdan imtina edir

Gunaz.tv

GünAz TV: Xoyun Ettelaat İdarəsi, şəhər prokurorunun qərarına məhəl qoymadan azərbaycanlı fəallardan götürdüyü mobil telefonları qaytarmaqdan imtina edir.

 

Məlumata görə, Cavad Əhmədi Yekanlı Xoy Şəhər Prokurorluğuna məktub yazaraq Ettelaat İdarəsində saxlanılan mobil telefonunun geri qaytarılmasını tələb edib. Prokuror azərbaycanlı milli-mədəni fəalın tələbi ilə razılaşıb, bundan sonra fəal noyabrın 28-də Ettelaat İdarəsinə müraciət edib. Lakin o məmurların təhqiramiz rəftarları ilə üzləşib və onlar tərəfindən döyülüb. Məmurlar mobil telefonu təhvil vermədən onu idarədən uzaqlaşdırıblar.

 

Mərhum İbrahim Cəfərzadənin dəfn mərasimində saxlanılan fəalların da mobil telefonları heç zaman onlara qaytarılmadı. Ettelaat İdarəsinin bu davranışı bir növ oğurluğa oxşayır.

 

Cavad Əhmədi Yekanlı prokurorluğa yazdığı məktubda mobil telefonunda xüsusi məlumat olmadığını və səbəbsiz yerə zəbt olunduğunu qeyd edib.

 

Azərbaycanlı milli-mədəni fəallar Cavad Əhmədi Yekanlı və Vəhid Nəcəfi ötən günlərdə İran prezidenti Həsən Ruhaninin Xoy şəhərinə səfəri zamanı saxlanılıb, onların mobil telefonları Ettelaat əməkdaşları tərəfindən zəbt olunub.

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar