SON XƏBƏRLƏR

Xoy şəhərinin məktəblərində şagirdlər arasında türkcə kitablar paylanılıb

2021.10.20, 07:36
Xoy şəhərinin məktəblərində şagirdlər arasında türkcə kitablar paylanılıb

Gunaz.tv

GünAz TV: Güney Azərbaycan şəhərlərində təhsil müəssisələrinin açılışı günü münasibəti ilə başlayan mədəni tədbirlər davam edir.

 

“Hər azərbaycanlı şaghird üçün türkcə bir kitab” adı ilə başlayan kampaniyanın Xoy şəhərində davam etdirildiyi bildirilir. Məlumata görə, güney azərbaycanlı milli-mədəni fəallar çərşənbə günü məktəblərə müraciət edərək şagirdlər arasında türkcə kitablar paylayıblar.

 

Türk dilində təhsilə qoyulan qadağaya qarşı etiraz xarakteri daşıyan mədəni tədbir Xoy əhalisi və şagirdlər tərəfindən rəğbətlə qarşılanıb.

 

Kitab paylayan fəallar ana dilində təhsilin əhəmmiyətinə toxunaraq şagirdləri bütün manelərə baxmayaraq türk dilini yaxşı öyrənib və onu canlı saxlağama çağırıblar.

 

Güney Azərbaycanda yeni dərs ili, Beynəlxalq Ana Dili Günü və Novruz bayramı günlərində bir çox mədəni tədbir, o cümlədən kitab paylama kampaniyası həyata keçirilir. Ötən il təhsil müəssisələrinin açılışı günündə “hər azərbaycanlı şagird üçün türk dilində bir kitab” şüarı ilə Ərdəbildə başlayan kitab paylama kampaniyası Güney Azərbaycanın bir çox şəhərində təxminən 2 ay davam etdirildi. Həmin kampaniya bu il sentyabrın 23-dən (mehrin 1-i) Azərbaycan məktəblərində start götürüb və hələ də davam edir.

 

İranda türk dilində təhsil məsələsi uzun illərdir öz həllini tapmır, bu istiqamətdə mədəni fəaliyyətlə məşğul olan yüzlərlə azərbaycanlı fəal saxlanılıb, işgəncə edilib və uzun illər həbs cəzası ilə üzləşib.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar