SON XƏBƏRLƏR

Xoyda 80 yaşlı qadın üzərində şallaq hökmü icra olunub

2021.10.20, 07:36
Xoyda 80 yaşlı qadın üzərində şallaq hökmü icra olunub

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın Xoy şəhərində 80 yaşlı qadın üzərində şallaq hökmünün icra olunduğu bildirilir.

 

Bu barədə insan hüquqları ilə bağlı fəaliyyət göstərən etibarlı mənbələr xəbər yayıb.

 

Məlumata görə, 80 yaşlı Səlbi Mərəndi noyabrın 28-də Xoy Şəhər Ədliyyə İdarəsinin hökmləri icra edən şöbəsinə çağırıldıqdan sonra barəsində çıxarılan məhkəmə hökmü icra olunub. Yaşlı qadına 70 zərbə şallaq vurulduqdan sonra o ağır vəziyyətdə 8 aylıq həbs cəzasını çəkmək üçün həbsxanaya aparılıb.

 

Səlbi Mərəndi bir müddət əvvəl Xoy zindanında şübhəli vəziyyətdə ölən Behruz Zeynalnəjadın anasıdır. Behruzun cəsədi ötən yanvarın 13-də Xoy zindanının tualetində tapılıb. O məzuniyyət hüququnun təmin olunmadığı üçün ölümündən 3 gün əvvəl dodaqlarını tikərək aclıq aksiyasına başlamışdır.

Məhbus həbsxanada öldüyü zaman məsullar onun ayaqqabı ipi ilə intihar etdiyini bildirmişdir. Tibbi Ekspertiza Mərkəzi də bu barədə heç bir açıqlama yaymamışdır.

 

Behruzun ailəsi onun cəsədini gördükdən sonra intihar iddiasının yalan olduğunu hiss edib, hadisə ilə bağlı  zindanın rəisinə müraciət ediblər. Məlumata görə, zindan rəisi və həbsxanaya nəzarət edən hakimin qanunsuz davranışları tərəflər arasında qarşıdurmaya və rəisin kabinetindəki bəzi əşyaların təxrib olunmasına səbəb olub. Bundan sonra zindan rəisi və həbsxanaya nəzarət edən hakim Behruzun ailəsindən şikayət edib.

 

Şikayətə baxan Xoy Şəhər Məhkəməsi ailənin anası Səlbi Mərəndi və qızı Atifəni hər birini 70 şallaq zərbəsi və 8 ay həbs cəzasına məhkum edib.

Deyilənlərə görə, Atifə Zeynalnəjad bu günə qədər məhkəməyə müraciət etməkdən imtina edib.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar