SON XƏBƏRLƏR

Xudafərində tarixi “Həsrət körpüsü” yeni körpü ilə əvəzlənəcək

2021.10.20, 07:36
Xudafərində tarixi “Həsrət körpüsü” yeni körpü ilə əvəzlənəcək

Gunaz.tv

GünAz TV: Güney Azərbaycan Xudafərin şəhərinin İcra Hakimiyyəti başçısı araz çayı üzərində yeni dostluq körpüsünün tikiləcəyi barədə məlumat verib.

 

Əhmədəli Əsədpur bu barədə mayın 1-də Şəhər Şurasının keçirdiyi iclasda danışıb.

 

“Bakı və Tehran arasında Xudafərin məntəqəsində yeni bir körpünün tikiləcəyi barədə razılıq əldə olunub. Körpünün adı İran və Azərbaycan Respulikasının dostluq körpüsü olacaq”- deyə o bildirib.

 

Onun sözləri “İrna” xəbər agentiliyində yayılıb.

 

Əhmədəli Əsədpurun sözlərinə görə, “yeni körpünün tikilməsi üçün təxminən 10 milyard tümən məbləğində vəsait tələb olunur, büdcə təmin olacağı təqdirdə körpünün tikintisinə başlanılacaq.” 

 

Dostluq körpüsü hələlik şimal hissəsi Ermənistanın işğalında olan tarixi “Həsrət körpüsü”nü əvəz edəcək. Azərbaycanın iki hissəsi, yəni Qaradağ və Qarabağ bölgələri arasındakı tarixi “Həsrət körpüsü”nün təxminən üçdə biri 1828-ci ildə Türkmənçay müqaviləsi imzalandıqdan və Azərbaycan ikiyə bölündükdən sonra dağıdılıb.

 

Azərbaycanın Güney və Quzey hissəsini birləşdirən “Həsrət körpüsü” qardaşlıq və birlik simvolu kimi tanınır.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar