SON XƏBƏRLƏR

Xüsusi nümayəndə: Suriya və İraqda 15 min İŞİD terrorçusu qalır

2021.10.20, 07:36
Xüsusi nümayəndə: Suriya və İraqda 15 min İŞİD terrorçusu qalır

Gunaz.tv

GünAz TV: Amerika Birləşmiş Ştatları (ABŞ) administrasiyası hesab edir ki, Suriya və İraqda təxminən 15 min İŞİD terror qruplaşmasının üzvü qalır.

 

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu jurnalistlər üçün brifinqdə ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Ceffri deyib.

 

C.Ceffri bildirib: "İraq və Suriyada dəyərləndirmələrə görə təxminən 15 min terrorçu qalır. Bildiyiniz kimi, bu şəxslər Fəratın cənub istiqamətində hər iki tərəfə hərəkət edirlər. Onlar şimal-şərqə hərəkət etmirlər, çünki orada biz təhlükəsizliyi təmin etmişik".

 

Xüsusi nümayəndə qeyd edib ki, ABŞ İŞİD terror qruplaşmasına qarşı mübarizə üzrə müttəfiqlərini Suriyada hərbçilərini saxlamağa çağırır.

 

Onun sözlərinə görə, 2017-ci ilin yanvar ayından koalisiyasının tərkibinə Afrika və Asiyanın 12 ölkəsi daxil olub.

 

N.S

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar