SON XƏBƏRLƏR

Xuzistan əyalətində iftar mərasimlərinin keçirilməsinə qadağa qoyulub

2021.10.20, 07:36
Xuzistan əyalətində iftar mərasimlərinin keçirilməsinə qadağa qoyulub

Gunaz.tv

GünazTV: İranın Xuzistan əyalətində iftar mərasimlərinin keçirilməsinə qadağa qoyulub.

 

Bu barədə, Xuzistanda koronavirus xəstəliyinin yayılmasına nəzarət qərargahının sözçüsü Rza Nicati aprelin 20-də mediaya açıqlamasında məlumat yayıb.

 

O bildirib ki, sözçüsü olduğu qurumun qoyduğu qadağa və məhdudiyyətlər Xuzistanda koronavirusun yayılmasının qarşısının alınması ilə əlaqədardır: “Alınan qərara əsasən dini məkanlar və məscidlər mayın 4-nə qədər bağlı olacaq. Ramazan ayında isə hər hansı bir toplantı və insanların sıx şəkildə bir yerə toplanmasına səbəb olan iftar mərasimlərinin keçirilməsi qadağandır.

 

Bundan başqa, Ramazan ayında idman zallarının, çayxana və restoranların, şadlıq sarayların, hovuz və hamamların, bərbərxana və gözəllik salonların, əyləncə mərkəzlərinin və insanların bir yerə toplanmasına səbəb olan ticarət mərkəzlərinin fəaliyyətinin qarşısı alınacaq” -deyə, İranın Xuzistan əyalətində koronavirus xəstəliyinin yayılmasına nəzarət qərargahının sözçüsü Rza Nicati əlavə edib.

 

 A.M

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar