SON XƏBƏRLƏR

Xuzistan şəhərləri Xürrəmşəhr etirazlarına dəstək məqsədilə ayağa qalxdı. Əyalətin iri şəhərlərində xalq etirazları keçirilib - FOTOLAR və VİDEOLAR

2021.10.20, 07:36
Xuzistan şəhərləri Xürrəmşəhr etirazlarına dəstək məqsədilə ayağa qalxdı. Əyalətin iri şəhərlərində xalq etirazları keçirilib - FOTOLAR və VİDEOLAR

Gunaz.tv

GünAzTV: Bir həftədir İranın Xuzistan əyalətinin Xürrəmşəhr şəhərində su qıtlığına və yerli məsulların səriştəsizliyinə qarşı başlanan dinc etirazlar, hökumət qüvvələri tərəfindən qana boyanmasından sonra Xuzistanın digər şəhərlərinə yayılıb.

 

İyulun 1-i axşam saatlarında Xuzistan əyalətinin Əhvaz, Abadan, Mahşəhr, Sərbəndər, Şadqan və digər şəhərlərində on minlərlə insan küçələrə axışaraq Xürrəmşəhr əhalisinin qana boyanmış etirazlarına dəstək verərək rejimə qarşı şüarlar səsləndiriblər. Nəticədə silahlı və əli çomaqlı rejim qüvvələri ilə aksiyaçılar arasında qarşıdurma yaranıb. Hökumət qüvvələri etirazçıları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə etsələr də, aksiyaçılar küçələrdə od yandıraraq polis tərəfindən atılan gözyaşardıcı qazı zərərsizləşdirməyə çalışıblar.

 

Hökumət qüvvələrinin kobud rəftarından qəzəbə gəlmiş etirazçılar, əyalətdə su qıtlığı yaranmasına, əhaliyə çirkli və üfunətli su verilməsinə qarşı şüarlar səsləndirərək, ölkə rəhbərliyini Xuzistan əhalisi qarşısında cavab verməyə çağırıblar. Nəticədə polis və mülki geyimli təhlükəsizlik qüvvələri ilə aksiyaçılar arasında baş verən qarşıdurmalarda onlarla etirazçı tutularaq naməlum istiqamətə aparılıb. Hazırda Xuzistanın bütün iri şəhərlərində bir növ, elan olunmamış fövqəladə vəziyyətin hökm sürdüyü bildirilir.

 

 

İyunun 30-u axşam saatlarında on minlərlə Xürrəmşəhr sakini küçələrə axışaraq, rejimin su qıtlığından əziyyət çəkən yerli əhalinin tələblərinə laqeyd qalmasına qarşı yürüş keçirərək, rejimə, İranın dini lideri axund Əli Xamneyiyə və digər rəsmilərə qarşı şüarlar səsləndiriblər.

 

“Diktatora ölüm”, “Xamneyiyə ölüm”, “Molla hakimiyyətini istəmirik”, “Top, tank, fişfişədən qorxmuruq, cəhənnəm olsun axundlar”, “Din adı ilə bizi qarət edirlər”, “Ləyaqətsiz məsulları istəmirik” və digər şüarlar səsləndirən etirazçılar, hökumətin silahlı qüvvələrinin hücumuna məruz qalıblar. Dinc yürüş iştirakçılarına qarşı gözyaşardıcı qazdan istifadə edildikdə,  etirazçılar hüquq-mühafizə qüvvələrinə daş ataraq özlərini müdafiə etməyə çalışıblar. Lakin polis qüvvələrinin etirazçılara odlu silahlardan atəş açması nəticəsində ən azı 4 nəfər həlak olub, onlarla insan yaralanıb.

 

VİDEOLAR:

 

 

A.M

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar