Xuzistanda su üsyanının 7-ci günü: Etirazlara İsfahan da qoşuldu - VİDEO

2021-07-22 07:15

İranın Xuzistan əyalətində su üsyanı davam edir. İyulun 21-də kütləvi etirazların 7-ci gecəsində bir neçə şəhərdə aksiyalar keçirilib.

Gunaz.tv Quote | Gunaz article

İsfahan əhalisi isə küçələrə axışaraq Xuzistan etirazçılarına dəstək verib.

Ayrı-ayrı vətəndaşlar və hüquq müdafiəsi ilə məşğul olan siyasi-mədəni qruplar bununla bağlı sosial şəbəkələrdə foto və video materallar yayıblar.

Məlumata görə, dünən axşam saatlarında Xuzistanın bir neçə şəhərində, o cümlədən də Susəngerd, Behbəhan, İzə və Məscid Süleyman şəhərlərində etirazçılara küçə və meydanlara axışıb, İran hakimiyyətinin yerli ərəb sakinlərinin içməlu su tələbi ilə keçirdiyi aksiyalara zorakılıqla cavab verməsinə etiraz ediblər.


Bildirilir ki, Xuzistanın Susəngerd, Behbəhan, İzə və Məscid Süleyman şəhərlərində etirazçıları dağıtmaq üçün əyalətə digər bölgələrdən əlavə repressiv qüvvələr gətirilib, Xuzistanın əksər şəhərlərində isə internet kəsilib.


Yayılan məlumata əsasən, dünən axşam saatlarında İsahan şəhərinin Yəzdanşəhr məntəqəsinin sakinləri küçələrə çıxaraq, Xuzistan etirazçılarına dəstək nümayiş etdiriblər.


“Qardaşımı öldürəni öldürəcəyəm”, “İslam Respublikasına ölüm”, “Diktatora ölüm” və “İslam Respublikasını istəmirik” şüarları səsləndirən etirazçılar, havanın hərarəti 45 dərəcəyə çatdığı bir vaxtda molla rejiminin Xuzistan ərəblərini susuzluqda, yoxsulluqda və fəlakət içində saxlamasına etiraz bildiriblər.


Dünən keçirilən etirazlarda onlarla aksiyaçının rejim qüvvələri tərəfindən həbs edilərək naməlum istiqamətə aparıldığı bildirilir.


Dünən həmçinin Tehran metrosunun dayanacaqlarından birində qatarın gəlişini gözləyən yüzlərlə sərnişin rejimin Xuzistanda törətdiyi cinayətlərinə reaksiya verərək, “Diktatora ölüm” və “İslam Respublikasına ölüm” şüarları səsləndirərək, Xuzistanda davam edən etirazlara dəstək veriblər.


Həmçinin sosial şəbəkələrdə yayılan şəkillər və video görüntülərə əsasən, paytaxt Tehran sakinlərinin kütləvi şəkildə Xuzistan əhalisinə dəstək verə biləcəyindən vahiməyə düşən rejim, dünən sübh saatlarından başlayaraq, Tehranın Azadlıq meydanına çoxlu sayda silahlı qüvvə cəlb edib, meydan və ona yaxın ərazilərin nəzarətini ələ keçirib.

اعتراضات اهواز

Hazırda Xuzistan şəhərlərində və etirazlara dəstək verən  ölkənin digər bir neçə şəhərdə gərgin vəziyyətin davam etdirildiyi bildirilir.

A.M


Mövzu ilə bağlı digər xəbərləri buradan oxuya bilərsiniz:

Xuzistan üsyanı böyüyür: “Xamneyiyə ölüm” şüarı səsləndi, daha 4 etirazçı rejim qüvvələri tərəfindən qətlə yetirildi - VİDEO

Xuzistanda hökumət qüvvələri su üsyanına qatılan gənclərə atəş açdı: Yüzlərlə etirazçı həbs edildi - FOTO, VİDEO

Xuzistanda su üsyanı davam edir: 1 gənc etirazçı polisin açdığı atəş nəticəsində qətlə yetirilib - VİDEO

Xuzistanda xalq üsyanı davam edir: Şadqanda polis etirazçı ərəblərə atəş açıb, 1 nəfər ölüb – FOTO, VİDEO

Xuzistanda su üsyanı: Əhali küçələrə axışdı, polis narazılara güllə atdı- FOTOLAR, VİDEO

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Türkiyə Prezidenti azərbaycanlı yanğınsöndürənlərin gördüyü işlərdən danışdı-VİDEO

2021-07-31

gun az article

Azərbaycan Türkiyəyə sabah helikopter göndərəcək

2021-07-31

gun az article

Ərdoğan: "Azərbaycan Türkiyəyə yanğınsöndürən təyyarə göndərib"

2021-07-31

gun az article

Azərbaycanda son sutkada 633 nəfər COVID-19-a yoluxub, 174 nəfər sağalıb

2021-07-31

gun az article

Əfqanıstanda 60 nəfər selin qurbanı oldu

2021-07-31

gun az article

Türkiyədə meşə yanğınlarından həlak olanların sayı 6-ya çatıb

2021-07-31

gun az article

Azərbaycan Ordusunun hərbi qulluqçusu həlak olub

2021-07-31

gun az article

Milli Məclis sədri növbədənkənar sessiyasının çağırılması haqqında sərəncam imzalayıb

2021-07-31

gun az article

Qubada "Şəhidlər" xatirə-kompleksinin açılışı olub

2021-07-31

gun az article

Putinlə Ərdoğan arasında telefon danışığı olub

2021-07-31

gun az article

MN: "Azərbaycan Ordusunun atəşkəsi pozması barədə məlumat yalandır"

2021-07-31

gun az article

Tehranda benzin etirazlarında öldürülən aksiyaçıların doğmaları aksiya keçirib: Şəhid anaları həbs edilib

2021-07-31

gun az article

Cahit Bağçı Türkiyədəki meşə yanğınları ilə bağlı son vəziyyəti açıqladı

2021-07-31

gun az article

Azad edilən ərazilərdə 13 911 daşınmaz əmlakın inventarlaşdırılması tamamlanıb

2021-07-31

gun az article

Hərbi ekspert: "Ukraynalılar Azərbaycanın yolu ilə gedərək qələbə qazanmaq istəyirlər"

2021-07-31

gun az article

Leyla Abdullayeva: “Ermənistan Azərbaycanın beynəlxalq sərhədləri çərçivəsində ərazi bütövlüyünü bərpa etdiyini qəbul etmək istəmir”

2021-07-31

gun az article

“Tokio-2020”: Türkiyə ilk qızıl medalını qazandı

2021-07-31

gun az article

Mövlud Çavuşoğlu Azərbaycan Prezidentinə təşəkkür edib

2021-07-31

gun az article

Azərbaycan XİN Ermənistan XİN-ə cavab verib

2021-07-31

gun az article

Meşə yanğınları Alanyaya çatdı - VİDEO

2021-07-31