Xuzistanda hökumət qüvvələri su üsyanına qatılan gənclərə atəş açdı: Yüzlərlə etirazçı həbs edildi - FOTO, VİDEO

2021-07-20 11:16

İyulun 19-u axşam saatlarında, su üsyanının beşinci günündə İranın Xuzistanın müxtəlif şəhərlərində dinc aksiyalara qarılan yüz minlərlə etirazçı hökumət qüvvələrinin silahlı hücumuna məruz qalıb.

Gunaz.tv Quote | Gunaz article

Sosial şəbəkələrdə yayılan videolardan da göründüyü kimi hökumətin repressiv motosikletçi qüvvələri etirazçılara odlu silahlardan atəş açıblar. Nəticədə daha 2 etirazçının qətlə yetirildiyi, yüzlərlə aksiyaçının isə həbs edilərək naməlum istiqamətə aparıldığı bildirilir. 


Yayılan məlumatara əsasən, dünənki etirazlar əsasən Əhvaz, Susəngerd, Həmidiyyə, Şuştər, Əndimeşk və Ramhormoz şəhərlərində keçirilib.

Qadınların da qatıldığı etirazlarda aksiyaçılar ərəb dilində şüarlar səsləndirib, rejimin sünni məzhəbli yerli ərəbləri Xuzistandan köçməyə vadar etmək üçün əyalətin bütün çaylar və göllərini bilərəkdən qurutmasına, əhalinin içməli suyunun belə kəsilməsinə etiraz ediblər.


Bildirilir ki, hakimiyyətin yürütdüyü səriştəsiz siyasət nəticəsində hazırda Xuzistan əyalətində mal-qaranın 80 faizindən çoxu susuzluqdan məhv olub,  xurma ağacları quruyub.

Bu isə əsasən əkinçilik və maldarlıqla məşğul olan yerli əhalinin iqtisadi baxımdan məhvinə gətirib çıxarıb.


Həmçinin bildirilir ki, etirazların getdikcə böyüməsindən sonra dünən axşam saatlarında Xuzistan şəhərlərində internet kəsilib, digər şəhərlərdən Xuzistana əlavə repressiv silahlı qüvvələr gətirilib. 

تداوم اعتراضات خوزستان در پنجمین روز پیاپی

Hazırda Xuzistan əyalətinin iri şəhərlərində vəziyyətin son dərəcə gərgin olduğu bildirilir. 

A.M

 

Mövzu ilə bağlı digər xəbərləri buradan oxuya bilərsiniz:

Xuzistanda su üsyanı davam edir: 1 gənc etirazçı polisin açdığı atəş nəticəsində qətlə yetirilib - VİDEO

Xuzistanda xalq üsyanı davam edir: Şadqanda polis etirazçı ərəblərə atəş açıb, 1 nəfər ölüb – FOTO, VİDEO

Xuzistanda su üsyanı: Əhali küçələrə axışdı, polis narazılara güllə atdı- FOTOLAR, VİDEO

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Mövlud Çavuşoğlu: “Cənab İlham Əliyevin təlimatı əsasında sabah Azərbaycandan Türkiyəyə yeni heyət gələcək”

2021-08-04

gun az article

Türkiyədə yanğına görə daha bir nəfər həbs edildi

2021-08-04

gun az article

Azərbaycanda 996 nəfər koronavirusa yoluxub, 5 nəfər ölüb

2021-08-04

gun az article

Suriyada Əsəd hərbçilərinin avtobusu partlayıb, ölən və yaralananlar var

2021-08-04

gun az article

İran tərəfindən qaçırıldığı iddia olunan gəmi BƏƏ sahillərində sərbəst buraxılıb

2021-08-04

gun az article

Gürcüstanda koronavirusun dördüncü dalğası pik həddə çatıb

2021-08-04

gun az article

Azərbaycan və Yaponiya XİN başçıları telefonla danışdı

2021-08-04

gun az article

Daha 3 qazimiz Türkiyəyə göndərildi

2021-08-04

gun az article

Füzulidə daha bir erməni hərbçinin qalıqları tapıldı

2021-08-04

gun az article

Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinə yeni rəhbər təyin olunub

2021-08-04

gun az article

Türkiyə və Azərbaycan yanğınsöndürənləri Dənizli bölgəsindəki yanğını söndürüb

2021-08-04

gun az article

Pakistanlı ekspert: "Ermənistanın təxribatları regionda sabitliyi pozur"

2021-08-04

gun az article

Azərbaycanlı güləşçi Olimpiadada gümüş medal qazanıb

2021-08-04

gun az article

Uydurma “erməni soyqırımını” ifşa edən yeni kitab nəşr edildi

2021-08-04

gun az article

MN: "Azərbaycan Ordusuna məxsus PUA-nın Ermənistan ərazisinə keçməsi məlumatı yalandır"

2021-08-04

gun az article

Ned Prays: “Amerika Vyanada İranla apardığı dolayısı danışıqların 7-ci mərhələsini başlamağa hazırdır”

2021-08-04

gun az article

Ukrayna Nazirlər Kabinetini partlatmağa cəhd göstərən şəxs saxlanılıb-VİDEO

2021-08-04

gun az article

Səudiyyə rəsmisi: “İran regionda öz mənfi hərəkətləri ilə daha da cəsarətlənib”

2021-08-04

gun az article

“Rus ordusu Qarabağda daimi qalmalıdır” – Araik Arutunyan

2021-08-04

gun az article

Türkiyə Ali Hərbi Şurasının toplantısı başlayıb

2021-08-04