SON XƏBƏRLƏR

Xuzistanın 3 şəhərində suyun səviyyəsinin normadan çox artmasına görə üçgünlük fövqəladə vəziyyət elan edilib

2021.10.20, 07:36
Xuzistanın 3 şəhərində suyun səviyyəsinin normadan çox artmasına görə üçgünlük fövqəladə vəziyyət elan edilib

Gunaz.tv

GünazTV: İranın Xuzistan əyalətinin 3 şəhərində baş verən sel nəticəsində suyun səviyyəsinin qeyri-təbbi olaraq normadan çox artmasına görə üçgünlük fövqəladə vəziyyət elan edilib. Bu barədə, Xuzistan valiliyin rəsmisi Kuruş Məvəddət aprelin 19-da jurnalistlərə açıqlama verib.

 

O bildirib ki, aprelin 20-dən başlayaraq, 24-ünə qədər Abadan (Əbadan), Xürrəmşəhr (Mühəmmərə) və Şadqan (Fəlahiyyə) şəhərlərində üçgünlük fövqəladə vəziyyət elan edilib: “Bu isə dənizin, eləcə də Ərvəndrud, Şəttülərəb və Karun çaylarında qeyri-təbii olaraq, suyun səviyyəsinin normadan çox artması ilə əlaqədardır. Hazırda isə Karun çayının qərbində yerləşən 13 kənddə vəziyyət çox ağırdır və həmin kəndlərin yerləşdiyi bölgələr ən təhlükəli yerlər sayılır” –deyə Kuruş Məvəddət əlavə edib.

 

Xuzistan valiliyinin rəsmisi Kuruş Məvəddət

 

İranın daxili işlər naziri Əbdülrza Rəhmani Fəzli aprelin 14-də jurnalistlərə açıqlamasında bildirmişdi ki, son həftələrdə İranın 25 əyaləti və 4 min 400 kənd sel və daşqın fəlakəti ilə üz-üzə qalıb.

 

Qeyd edək ki, son bir ay ərzində İranın müxtəlif bölgələrində, o cümlədən də Mazandaran, Türkmənsəhra (Gülüstan),  Şimali Xorasan, Cənubi Xorasan, Rəzəvi Xorasan, Hormozqan, Xuzistan, Loristan, Kohkiluye və Boyer Əhməd əyalətlərində, eləcə də Şiraz və digər şəhər və bölgələrdə baş verən daşqın və sel nəticəsində ən azı 77 nəfər həlak olub, 1076 nəfərdən çox insan yaralanaraq xəstəxanalara yerləşdirilib. Təbii fəlakət nəticəsində minlərlə şəhər və kənd evlərinə xeyli ziyan dəyib.

 

 

A.M

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar