SON XƏBƏRLƏR

Xuzistanın bəzi neft yataqlarında hasilat dayandırılıb

2021.10.20, 07:36
Xuzistanın bəzi neft yataqlarında hasilat dayandırılıb

Gunaz.tv

GünAz TV: İran Milli Neft Şirkətinin idarə heyətinin üzvü Kərim Zübeydi sel səbəbindən Xuzistan vilayətində yerləşən bəzi neft yataqlarında hasilat işlərinin dayandırıldığını deyib.

 

Onun sözlərinə görə, Abteymur yatağında bir çox neft quyuları su altında qalıb, eləcə də Əhvaz-3 bölgəsində əksər quyular və neft nəqli üçün nəzərdə tutulmuş boru kəmərlərinin içərisi su ilə dolub.

 

Bundan əlavə, Mənsuri və Azadiqan neft yataqlarında da neft hasilatı eyni səbəblər üzündən dayandırılıb.

 

Qeyd etmək lazımdır ki, mart ayının 19-dan başlayan leysan yağışları İranın əksər bölgələrində daşqınlara səbəb olub. Rəsmi məlumatlarda təbii fəlakət nəticəsində 77 nəfərin öldüyü və ölkə iqtisadiyyatına böyük miqdarda ziyan dəydiyi bildirilir.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar