SON XƏBƏRLƏR

Böyük Britaniya: “Hazırkı müzakirələr İranın nüvə razılaşmasına qayıtması üçün son fürsətidir”

2021.12.09, 10:30
Böyük Britaniya: “Hazırkı müzakirələr İranın nüvə razılaşmasına qayıtması üçün son fürsətidir”

Gunaz.tv

O deyib ki, İran 2015-ci ildə imzalanmış nüvə razılaşmasına qayıtmalı, saziş çərçivəsində üzərinə götürdüyü öhdəliklərini yerinə yetirməlidir.

“Bu həqiqətən də yeni bir sazişimn imzalanması üçün İranın son fürsətidir. Mən İran rəhbərliyini bu fürsəti qaçırmamağa, ondan istifadə etməyə çağırıram. 

Çünki biz İranın nüvə silahına yiyələnməsinin qarşısını almaq üçün müttəfiqlərimizlə əməkdaşlıq etməkdə qərarlıyıq. 

Bir daha İrana tövsiyə edirəm ki, bu fürsəti dəyərləndirib ondan faydalansın. Hesab edirəm ki, yeni bir nüvə razcılaşmasının imzlanması həm də İranın öz xeyrinədir”, -deyə Böyük Britaniyanın xarici işlər naziri Liz Tras “Chatham House” beyin mərkəzinə  açıqlamasında bildirib.

Həmçinin Fransanın xarici işlər naziri Jan-İv Le Drian dekabrın 7-də jurnalistlərlə görüşündə İranı nüvə danışıqlarını uzatmağa çalışdığını deyib.

“İran Vana danışıqlarında vaxt qazanmaqla öz nüvə proqramını inkişaf etdirməyə çalışır. Bununla da o, nüvə silahı əldə etmək qabiliyyətinə yaxınlaşmaq niyyətindədir. Bu isə yolverilməzdir”, -deyə Fransanın xarici işlər naziri Jan-İv Le Drian bəyan edib.

Qeyd edək ki, bu gündən başlayaraq, Qərbin Vyanada İranla apardığı nüvə danışıqlarının 7-ci mərhələsinin davamı aparılacaq. 

A.M
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar