SON XƏBƏRLƏR

Böyük Britaniya SEPAH-ın hərbi təlimlərində ballistik raketlər buraxılmasını pisləyib - FOTO

2021.12.25, 09:40
Böyük Britaniya SEPAH-ın hərbi təlimlərində ballistik raketlər buraxılmasını pisləyib - FOTO

Gunaz.tv

Bəyanatda deyilir ki, SEPAH-ın “Pəyambər-i Əzəm 17” adlı keçirdiyi hərbi təlimlərdə bllistik raketlər buraxması və onları sınaqdan keçirməsi BMT Təhlükəsizlik Şurasının qətnaməsini açıq-aşkar şəkildə pozub.

“İranın ballistik raketlər buraxması beynəlxalq və regional təhlükəsizliyə qarşı bir təhdiddir. Bİz isə həmin rakelərin buraxılmasını pisləyir, İrandan bu kimi fəaliyyətlərində dərhal son qoymasını tələb edirik”, -deyə Böyük Britaniya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatında bildirilir.

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasının bundan əvvəl qəbul etdiyi 2231 saylı qətnaməsində İrandan nüvə başlıqları daşımağa qadir olan ballistik raketlərlə bağlı fəaliyyətini dayandırması tələb olunub.

İranın SEPAH terror təşkilatına yaxın olan “Tasnim” saytı dekabrın 24-də bununla bağlı yaydığı bir xəbərdə keçirilmiş hərbi təlimlərdə SEPAH-ın 16 ədəd uzaq mənzilli, eləcə də orta və qısa məsafəli ballistik raketi sınaqdan keçirdiyini bildirib.

Bildirilir ki, SEPAH-ın hava-kosmik qüvvələrinə məxsus həmin raketlər əvvəlcədən təyin edilmiş hədəflərə doğru buraxılıb.

Təlimlərdə SEPAH-ın “Emad”, “Qədr”, “Sicil”, “Zalzal”, “Dezful” və “Zülfüqar” adlı ballistik raketlərindən istifadə edildiyi qeyd olunur.

تصویری که خبرگزاری فارس از رزمایش سپاه پاسداران در جنوب ایران منتشر کرده است

موشک

A.M 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar