SON XƏBƏRLƏR

"Böyük yeddilik"dən çağırış: "İran Ukrayna təyyarəsini vurduğuna görə cavab verməlidir"

2022.06.29, 10:06
"Böyük yeddilik"dən çağırış: "İran Ukrayna təyyarəsini vurduğuna görə cavab verməlidir"

Gunaz.tv

G7 dövlətlər qrupu İranın 752 saylı Ukrayna təyyarəsinin vurulması ilə bağlı cavab verməsinin vacibliyini bildiriblər.

"Biz Ukrayna Beynəlxalq Hava Yollarına məxsus 752 təyyarənin qanunsuz vurulmasına görə İranı məsuliyyətə cəlb etmək üçün beynəlxalq səyləri dəstəkləməyə davam edirik"-deyə, "Böyük yeddiliy"in bəyanatında qeyd olunur.

Xatırladaq ki, 2020-ci il, yanvarın 8-də SEPAH terror təşkilatının iki raketlə vurduğu Ukrayna hava yollarına məxsus BOEİNG-752 təyyarəsində olan 176 sərnişinin hamısı həlak olub.

Bundan sonra rəsmi Tehran məsələni ört-basdır etməyə, təyyarənin texniki nasazlıq səbəbindən qəzaya uğradığını deməyə çalışıb.

Lakin beynəlxalq təzyiqlər nəticəsində hava gəmisinin SEPAH terror təşkilatı tərəfindən vurulduğunu qəbul etməyə məcbur olub. 

Təyyarə qurbanlarının əksəriyyəti Kanada və Ukrayna vətəndaşlarıdır. Belə ki, qurbanları 55 nəfəri Kanada, qalanları isə Ukrayna, İsveç, Britaniya, Almaniya və Əfqanıstan vətəndaşlarıdır. 

Ontario Ali Məhkəməsi ötən ilin aprel ayından etibarən çıxardığı qərarda Ukrayna sərnişin təyyarəsinin İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) tərəfindən qəsdən vurulduğuna və bunun terror aktı hesab edildiyinə qərar verib.

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar