SON XƏBƏRLƏR

Təbrizdə zəlzələ ehtimalı ilə bağlı xəbərdarlıq- "Ciddi tədbirlər görülməlidir"

2021.12.30, 09:07
Təbrizdə zəlzələ ehtimalı ilə bağlı xəbərdarlıq- "Ciddi tədbirlər görülməlidir"

Gunaz.tv

O, əyalətdə təbii fəlakətlərin baş vermə ehtimalının hər zaman yüksək olduğunu bildirib. 

Təbriz əhalisinin dörddə birinin dayanıqsız şəhərətraflı bölgələrdə yaşadığını vurğulayan Məhəmmədbaqir Hünərbər təcili olaraq şəhərsalma ilə bağlı tədbirlər görülməsinin vacib olduğunu deyib.

“Zəlzələyə Qarşı Təhlükəsizlik və Təbii Fəlakətlərin Fəsadlarının Azaldılması Günü” ilə bağlı çıxış edən Hünərbər, 2003-cü ildə Bəmdə baş verən zəlzələdə 70 min nəfərin öldüyünü, evlərin 100%-nın dağıldığını xatırladıb.

“10 ildən çoxdurki parlament Böhranın İdarəedilməsi qanununu təsdiq etmədiyi üçün bir çox qurumlar qeyri-müəyyən durumdadırlar. Bu səbəbdən bizim vəzifə və səlahiyyətlərimizdə naməlum olaraq qalmaqdadır”-deyə, o, parlamentin fövqəladə hallarla bağlı qanunu təsdiq etməli olduğunu bildirib.

Böhran İdarəetmə Mərkəzinin başçısı bir neçə gün öncə Təbrizin Abbasi küçəsində 5 nəfərin ölümü, 15 nəfərin yaralanması ilə nəticələnən yaşayış binasının çökməsini xatırladıb.

"Hadisə fövqəladə durumlarla bağlı əyalətin əlaqədar qurumlarında lazimi texnika və avadanlıqlar baxımından çatışmazlıqlar olduğunu göstərdi”-deyə, başçılıq etdiyi idarədə belə hallar üçün lazimi imkanların olmadığına işarə edib.

C.E

 

مدیرکل مدیریت بحران استان آذربایجان شرقی مطرح کرد: حمایت همه‌جانبه مدیرعامل  شرکت مس از افزایش سطح مدیریت بحران در استان – تریتا نیوز

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar