SON XƏBƏRLƏR

Vyanada ATƏT-in Daimi Şurasının xüsusi iclası keçiriləcək

2022.01.13, 08:30
Vyanada ATƏT-in Daimi Şurasının xüsusi iclası keçiriləcək

Gunaz.tv

ATƏT-in Daimi Şurasının ilin əvvəlində keçirilən təsis iclası ənənəvi olaraq fəaliyyətdə olan sədrin proqramının təqdimatına və təşkilata üzv 57 dövlətin nümayəndələrinin qarşılıqlı bəyanatlarına həsr olunur, burada onlar Avropa təhlükəsizliyinin müəyyən məsələlərinə toxuna bilərlər.

Polşa sədrliyinə görə, Rau regional strukturlara və ATƏT institutlarına dəstək verməklə regional və dondurulmuş münaqişələrin həlli təşəbbüslərinə, münaqişə zonalarında mülki şəxslərə dəstək səylərinə və ATƏT regionunda davamlı inkişafın stimullaşdırılmasına yönəlmiş tədbirlərə diqqət yetirməklə pandemiyadan sağalma kontekstində 2022-ci il üçün proqram təqdim edəcək.

ATƏT-ə üzv dövlətlər də Polşanın prioritetləri və bu təşkilatın məsuliyyət daşıdığı regiondakı vəziyyətə baxışı ilə bağlı bəyanatlar verə biləcəklər. Polşa 2022-ci il yanvarın 1-dən ATƏT-ə sədrliyi İsveçdən alıb. (report.az)

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar