SON XƏBƏRLƏR

Yanğın bölgəsində təhlükəsizlik qüvvələrinin sayı artırılıb – Güney Azərbaycanda

2021.10.20, 07:36
Yanğın bölgəsində təhlükəsizlik qüvvələrinin sayı artırılıb – Güney Azərbaycanda

Gunaz.tv

GünAz TV: Xəbər verdiyimiz kimi, ötən günlərdə Güney Azərbaycanın Qaradağ meşələrində geniş miqyaslı yanğın baş verib.

Yanğın vaxtında helikopter əraziyə göndərilmədiyindən bir həftə davam edib və yüzlərlə hektar meşə sahəsini sıradan çıxarıb.

 

Son məlumata görə, yanğın bölgəsində polis və Ettelaat əməkdaşlarının sayı artırılıb. Onlar bölgəyə yardıma gedən mədəni fəalların qarşısını almağa çalışır. Artıq hökumət qüvvələri bir neçə fəalın şəxsiyyət vəsiqəsini alıb, onlara bildirilib ki, Ettelaat İdarəsinin 113-cü Mərkəzlərinə müraciət etsinlər.

 

Bu arada bir sıra yerli məsullar, o cümlədən Təbii Fəlakətlər İdarəsinin rəisi Məhəmmədbağır Hünərbərin təkzib etməsinə rəğmən Qaradağ meşələrində yanğın təmami ilə söndürülməyib.

 

Xudafərin Şəhər İcra Hakimiyyətinin başçısı dünən verdiyi açıqlamada meşəliyin bəzi yerlərinin yenidən alovlandığını, lakin helikopterlərin bölgəyi göndərildiyini, yanğının təmami ilə söndürülməsinə cəhd edildiyini bildirib.

 

Yerli əhali ilə yanaşı bəzi məsullar, o cümlədən Xudafərin Şəhər Ətraf Mühitin Mühafizəsi İdarəsinin rəisi Murtaza Nemətpur da açıqlama verərək meşəliyin bəzi yerlərinin yenidən alovlandığını qeyd edib.

 

Aşağıdakı video Qaradağın İbrahimbəyli kəndinin yaxınlığında avqustun 25-də olan yanğını göstərir:

https://www.youtube.com/watch?time_continue=6&v=fottnD_oZzA

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar