Yanıq torpaq

2021-02-13 09:37

Aşağıdan üstümüzə qısır gərmic əsirdi.

Gunaz.tv Quote | Gunaz article

Yanğın yurdunun sarı quraqlığı yağır torpağı sarmışdı. Göylərdən yağış yerinə sarı tikan yağırdı. Tozanaqlar ılxıları isə yerlə göyün arasında dəlicəsinə dolanırdı. Yerin dodağı qurumuşdu və susuz bağrına çat-çat dağ basılmışdı.

 

Acı gözlərin talvacasında bir udum suyun sərinliyi çuxurlanırdı. Gərmicin od qamçısı şırıq-şırıq yol salırdı ölüşgəyən dənizlərə.

 

Alın yazılar istiliyin ögey səsindəki hənirtiyə tapışırılmışdırlar. Çoraq yurdun azğın əli sömürürdü iliklərin özəyində yuva salan umud damlalarını.

 

Fəsillər qarğanmışdı, saatları qum basmışdı. Gecə gündüz toz içində boğulmuşdu.

 

İsti qumun sərt axını küskün qapı bacaların üz-gözünü doldururdu.

 

Yerdən göyə nisgil yağışı yağırdı. Hərdən bir ala-tala mahnıların arğıları gərmic çalalarında azalıb çoxalırdı. Durulmayan qoşuqların parıltısı parlayırdı. Ara-sıra alovlanan ürəklərə su bardağın calayırdı. Sankı biri tanış nağıl səslərini yarımçılpaq oxuyurdu. Hansısa, zamanın kefliliyini mürgüləyirdi və susuz ılğımın gerçək gözündə doğrulurdu suya düşən pəltək gülüşlər.

 

Sən tərsə axan axımların acımasız nəfəsində yoğrulan doğma bir mahnısan. Sən sevincə burunmüş gözləyişin şən sorağından doğulursan ipək telli doğmalığım, Gürşad yolun gur harayı, ağ yağışı axıdacaq köz-köz olan varlığına çay səsinə qoşulunca. Gəl sarılım arğın-yorğun qollarına, gəl dolanım dilək dolu şən boyuna.

 

Siyamək Mirzayi
Evin zindanı 12 fevral 2021-ci il
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Güneyli milli-mədəni fəal Behnam Şeyxi məzuniyyətə buraxılıb

2021-06-16

gun az article

Öyrənci hərəkatı seçkilərlə bağlı bəyanat yaydı: "“Urmu Birlik Səsi”nin vahid namizədlərinə səs verək"

2021-06-16

gun az article

Urmulu qadın qapıçı Türkiyə klubunda çıxış edəcək

2021-06-16

gun az article

Təbrizdə güclü partlayış: Ölən və yaralananlar var-FOTOLAR

2021-06-16

gun az article

GünazTV June.15.2021-GÜNDƏM MASASI: İranda məqsədli yoxsullaşdırma siyasəti və seçki oyunu

2021-06-15

gun az article

GünazTV June.15.2021-Özümüz: Seçkilər

2021-06-15

gun az article

Muğanda siyasi məhbuslara dəstək aksiyası: Divarlara etiraz şüarları yazılıb

2021-06-15

gun az article

Urmuda bələdiyyə başçısı həbs edildi

2021-06-15

gun az article

Güney Azərbaycanda koronavirusa yoluxma sayı açıqlandı

2021-06-15

gun az article

Miyana-Zəngan magistralında ağır yol qəzası: 1 ailənin 3 üzvü öldü

2021-06-15

gun az article

"Traxtur"un qurucularından biri Abbasqulu Rəsulifər vəfat edib

2021-06-15

gun az article

İçməli su qıtlığı yaşayan Zəngan kəndləri boşalır

2021-06-15

gun az article

Əhərdə “Vərni şəhəri” simvolunun açılışı olub

2021-06-15

gun az article

Edama məhkum edilmiş məhbus Urmu həbsxanasında dünyasını dəyişdi

2021-06-15

gun az article

Qərbi Azərbaycanda namizədlərin milli geyimli təbliğat banerləri yığışdırılıb-FOTO

2021-06-15

gun az article

Zənganlı ovçu barədə edam hökmü verilib

2021-06-15

gun az article

Həmədanlı hakim beynəlxalq yarışı idarə edəcək

2021-06-15

gun az article

Təbriz-İrəvan aviareysi açılır

2021-06-15

gun az article

Urmulu fəal Salar Tahir Əfşar müvəqqəti azadlığa buraxılıb

2021-06-15

gun az article

GünazTV June.14.2021: PARLAQ GƏLƏCƏK: Məhbuslarla Millətimizin Birliyi, Güney Azərbaycan’in Zəfəri, Güney Azərbaycan İran’dakı İntisabata Yox Deyir

2021-06-14