SON XƏBƏRLƏR

Yaponiya İranın “Ticarət” bankına sanksiya tətbiq edib

2021.10.20, 07:36
Yaponiya İranın “Ticarət” bankına sanksiya tətbiq edib

Gunaz.tv

GünAz TV: Bu gün Yaponiya İrana qarşı iqtisadi təzyiqin gücləndirilməsi məqsədilə bu ölkənin növbəti böyük bankına qarşı sanksiyalar (təhrimlər) tətbiq edib.

Bu barədə Yaponiyanın xarici işlər naziri Koitiro Qemba məlumat verib.

 “Biz İranın böyüklüyünə görə üçüncü bankı olan “Ticarət” bankının Yaponiyadakı aktivlərini dondurmaq qərarına gəlmişik, - deyə, Qemba vurğulayıb. – Biz başa düşürük ki, belə sanksiyaların tətbiqi ölkəmizin iqtisadiyyatına müəyyən təsir göstərə bilər, lakin hesab edirik ki, bu, İran məsələsi üzrə beynəlxalq əməkdaşlıq işində zəruridir”. Bu barədə  Gün.Az İTAR-TASS-a istinadən xəbər yayıb.

 Qeyd edək ki, bundan əvvəl Yaponiya İranın bir sıra digər banklarına qarşı sanksiyalar tətbiq edib.

 Hazırda Tokio çətin vəziyyətdədir, belə ki, ABŞ (Amerika Birləşmiş Ştatları) və dünya ictimaiyyətinin təzyiqi altında İran neftinin idxalını dayandırmağa məcburdur. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar