SON XƏBƏRLƏR

Yaponiya koronavirusla mübarizə üçün İrana 2 milyard yarım yen yardım edib

2021.10.20, 07:36
Yaponiya koronavirusla mübarizə üçün İrana 2 milyard yarım yen yardım edib

Gunaz.tv

GünazTV: Yaponiya hökuməti koronavirusla mübarizə aparmaq üçün İrana 2 milyard yarım yen (23 milyon dollardan çox) yardım edib.

 

Bu barədə, İranın Tokiyodakı səfirliyinin rəsmi “Twitter” səhifəsi martın 13-də məlumat yayaraq, İranda koronavirusun yayılmasının qarşısının alınması üçün dünya həmrəyliyinə ehtiyac duyulduğunu bildirib.

 

Qeyd edək ki, koronavirusa qarşı mübarizə aparmaq üçün bu günə qədər Fransa, Almaniya və Böyük Britaniya birlikdə 5 milyon avro, Azərbaycan Respublikası isə 5 milyon dollar İrana yardım edib.

 

Bundan başqa, İran hökuməti ölkədə koronavirusa qarşı mübarizə aparmaq üçün Beynəlxalq Valyuta Fondundan təcili olaraq 5 milyard dollar yardım tələb edib.

 

 

İran Səhiyyə Nazirliyi martın 13-də bəyanat yayaraq, ölkədə koronavirusa yoluxanların sayının 11364 nəfərə, xəstəlikdən ölənlərin sayının isə 514 nəfərə yüksəldiyini bildirib.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar