SON XƏBƏRLƏR

Yaponiya koronavirusla mübarizə üçün İrana dərman preparatları şəklində yardım göndərəcək

2021.10.20, 07:36
Yaponiya koronavirusla mübarizə üçün İrana dərman preparatları şəklində yardım göndərəcək

Gunaz.tv

GünAz TV: Yaponiya hökuməti İrana koronavirusla mübarizə üçün yardım olaraq dərman preparatları göndərəcək.

 

Bu barədə ötən gün iranlı həmkarı ilə telefon əlaqəsi yaradan Yaponiyanın Xarici İşlər naziri Motegi Toşimitsu məlumat verib. Motegi Toşimitsu həmçinin ölkəsinin bir müddət əvvəl İrana pandemiya ilə mübarizə istiqamətində nağd pul şəklində göstərdiyi yadımı da xatırladıb.

 

Zərif telefon danışığı zamanı Yaponiya hökumətindən Amerika sanksiyalarının ləğv edilməsi üçün əlindən gələni etməsini istəyib. O, sanksiyaların İranın koronavirusla mübarizəsinə "mənfi təsir göstərdiyini" iddia edib.

 

Qeyd etmək lazımdır ki, İran ABŞ sanksiyalarının dərman preparatları və tibbi ləvazimatlar əldə etməsinə maneə törətdiyini iddia edir. Lakin ABŞ sanksiyaların dərman və tibbi ləvazimatlar kimi humanitar vasitələrə şamil edilmədiyini bildirir.

 

Ə.A

 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar