SON XƏBƏRLƏR

Yaşar Əsədi: "Bütün gücümüzlə Abbas Lisaniyə dəstək aksiyasını davam etdirməliyik" - MÜSAHİBƏ

2021.10.20, 07:36
Yaşar Əsədi: "Bütün gücümüzlə Abbas Lisaniyə dəstək aksiyasını davam etdirməliyik" - MÜSAHİBƏ

Gunaz.tv

GünAz TV: Xəbər verdiyimiz kimi, tanınmış güney azərbaycanlı milli-mədəni faəl Abbas Lisaninin yanvarın 15-də İranın təhlükəsizlik qüvvələri tərəfindən saxlanması Güney Azərbaycanla yanaşı xaric ölkələrdə də böyük əks-səda doğurub.

 

Movzu ilə bağlı tanınmış güneyli fəal və araşdırmaçı Yaşar Əsədi “Amerikanın səsi”nə müsahibə verib.

 

Yaşar Əsədinin sözlərinə görə, Abbas Lisaninin durumu həqiqətən də əvvəlki vəziyyətlərdən təmamilə fərqlidir. Buna görə də həm Güney Azərbaycanın daxilində, həm də xaricdə Abbas Lisaniyə dəstək aksiyasının aparılması və daha çox insanın qoşulması çox vacibdir.

"Artıq bir neçə gündür Güney Azərbaycanın milli fəalları "Mən Abbas Lisaniyəm" adlı etiraz kampaniyası başladıblar. Son bir neçə gündə Güney Azərbaycanın bütün sosial şəbəkələrində, o cümlədən Güney Azərbaycanın milli televiziyası olan GünAz Tv-də də bu kampaniya geniş şəkildə yayımlanıb. Quzey Azərbaycanda da Müsavat partiyası və digər siyasi-ictimai şəxslər tərəfindən bu kampaniya genişləndirildi. Ancaq bu kampaniyalardan daha çox olmalıdır. Çünki, Abbas Lisaninin durumu həqiqətən də əvvəlki vəziyyətlərdən təmamilə fərqlidir. Bundan öncəki aclıq aksiyalarına görə onda qaraciyər xəstəliyi yaranıb. Buna görə də həm Güney Azərbaycanın daxilində, həm də xaricdə Abbas Lisaniyə dəstək aksiyasının aparılması və daha çox insanın qoşulması çox vacibdir."

 

Güneyli milli fəal əlavə edib ki, son 40 ildə İranın dünyadan təcrid olmasına baxmayaraq o, bu cür sosial kampaniyaların real nəticələri ola bilər.

"İran hakimiyyəti son 40 ildə öz mahiyyətini göstərdi. İran öz qulaqlarını tutmuş, dünyaya göz yummuş, ətrafı görməzdən gələn diktatura hakimiyyətidir. Ancaq ona inanıram ki, əgər cəmiyyət, əgər xalqımız həm içəridə, həm də dışarıda bu məsələni geniş şəkildə göstərsə, BMT-yə baş vurmaqlarla, bütün ölkələrdəki İran səfirliyinin önündə etiraz aksiyaları keçirməklə nəticə əldə oluna bilər. Çünki, istənilən hakimiyyət, hətta diktatura olsa belə millətin iradəsinin qabağında diz çökməyə, ya da yıxılmağa məcburdur."

 

Abbas Lisani Güney Azərbaycanın məşhur musiqi müəllimi Həsən Dəmirçinin Təbrizdəki dəfn mərasimində söylədiyi nitq səbəbilə mühakimə edilib. Milli fəal bir neçə ay əvvəl qiyabi olaraq mühakimə edildiyi məhkəmədə 10 ay həbsə məhkum edilib.

O, yanvarın 5-də həbs hökmünün icrası üçün Təbriz zindanına göndərilib. Təbriz zindanına göndərildikdən sonra rəsmi çağırış göndərilmədən qiyabi olaraq mühakimə edilməsinin qanunsuz olduğunu önə çəkərək etiraz bildirib. Lisaninin etirazını qəbul edən hakim onu müvəqqəti olaraq sərbəst buraxıb və məhkəmənin yanvarın 15-də yenidən keçirilməsinə dair qərar çıxarıb. O, yanvarın 15-də Təbriz İnqilab Məhkəmə iclasından sonra təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.

 

Müsahibənin videosunu izləmək üçün qaynağımız olan aşağıdakı LİNK-ə müraciət edə bilərsiniz:

https://www.amerikaninsesi.org/a/b%C3%BCt%C3%BCn-g%C3%BCc%C3%BCm%C3%BCzl%C9%99-abbas-lisaniy%C9%99-d%C9%99st%C9%99k-aksiyas%C4%B1n%C4%B1-davam-etdirm%C9%99liyik-/4778937.html

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar