Yaşar Piriyə həbsxanada işgəncə verilib- mədəni fəal aldığı xəsarətlər səbəbindən xəstəxanaya yerləşdirilib

2021-03-01 08:49

Təbrizdə yaşayan güneyli milli-mədəni fəal Yaşar Piri aldığı bədən xəsarətləri nəticəsində xəstəxanaya yerləşdirilib.

Gunaz.tv Quote | Gunaz article

Milli-mədəni fəal Yaşar Piri fevral ayının 21-də İran hökumətinin təhlükəsizlik məmurları tərəfindən saxlanılıb. 3 gün sonra, fevralın 24-də 50 milyon tümən girov qarşılığında müvəqqəti azadlığa buraxılan fəal ayın 26-da Təbriz şəhərinin “İmam Rza” xəstəxanasına yerləşdirilib.


Verilən məlumata görə, Y.Piri “Sepah”ın kəşfiyyat bölməsində işgəncə edilərək ciddi bədən xəsarətləri alıb.


Mədəni fəalın yaxınlarının bildirdiyinə görə, həkimlər bibər qazı nəticəsində onun nəfəs borularında problemlər yarandığını, aldığı zərbələrdən böyrəklərinin zədələndiyini deyiblər. Onun bədəninin müxtəlif yerlərində işgəncə izləri görünür.

YAŞAR PİRİ VƏSİQƏ QARŞILIĞINDA SƏRBƏST BURAXILIB - YouTube


Yaşar Piri hal-hazırda xəstəxananmın “böyrək çatışmazlığı” bölməsində müalicə akltındadır.


Xatırladaq ki, bundan öncə 2019-cu ilin noyabr ayında İranda bahalığa qarşı keçirilən etiraz aksiyaları zamanı bir çox azərbaycanlı fəal kimi Yaşar Piri qardaşı Ruzbeh Piri ilə birlikdə təhlükəsizlik qüvvələri tərəfindən qanunsuz olaraq saxlanmışdır.


Onlar “İran İslam İnqilabı Keşikçiləri Korpusu”nun təhlükləsizlik təcridxanasına köçürülmüşdülər. Qardaşlar 26 gün dindirildikdən sonra Təbriz həbsxanasının 3-cü bəndinə köçürülmüş, 5 fevral 2020-ci ildə girov qarşılığında məhkəmə prosesinin bitməsinə qədər müvəqqəti azadlığa buraxılmışdılar.


Y.Piri 2012-ci ilin mart ayında Urmu gölünün qurudulmasına etiraz aksiyasında tutuqlanaraq “ictimai asayışı pozmaq” ittihamı ilə 3 ay şərti həbs və 30 qamçı cəzasına məhkum edilmişdir.


Təbriz Azad Universitetinin məzunu Yaşar Piri hüquq ixtisası üzrə təhsil alıb.
 

C.E
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

GünazTV June.14.2021: PARLAQ GƏLƏCƏK: Məhbuslarla Millətimizin Birliyi, Güney Azərbaycan’in Zəfəri, Güney Azərbaycan İran’dakı İntisabata Yox Deyir

2021-06-14

gun az article

Təbrizdə siyasi məhbuslara dəstək davam edir- FOTOLAR

2021-06-14

gun az article

“Qəhrəmanlar can verir yurdu yaşatmaq üçün”-Xiyavdan siyasi məhbuslara dəstək

2021-06-14

gun az article

Güneyli məhbus qardaşlar Təbriz həbsxanasının karantin bölməsinə köçürülüb

2021-06-14

gun az article

“Urmu Birlik səsi” qrupu Şəhər Şurası seçkiləri üçün vahid namizədlər siyahısı tərtib edib

2021-06-14

gun az article

Ərdəbildə Abbas Lisaniyə böyük dəstək- "Azərbaycan oğullarının səsi batmayacaq" -VİDEO

2021-06-14

gun az article

Evin həbsxanasında aclıq aksiyası başladı

2021-06-14

gun az article

Aclıq aksiyası Evin həbsxanasına sıçradı- Daha üç güneyli məhbus aksiyaya qoşulur

2021-06-13

gun az article

Təbrizdə siyasi məhbuslara dəstək aksiyası genişlənir- FOTOLAR

2021-06-13

gun az article

Ərdəbil həbsxanasında aclıq aksiyası keçirən məhbuslar karantin bölməsinə köçürülüb

2021-06-13

gun az article

Türkiyənin İYİ Partiyasından Abbas Lisaniyə dəstək mesajı

2021-06-13

gun az article

Abbas Lisani ilə bağlı durum BMT-nin Baş katibi və Ali Komissarlığının illik hesabatında

2021-06-13

gun az article

Siyasi məhbusların şəkilləri Təbriz küçələrinə vuruldu - FOTOLAR

2021-06-13

gun az article

İnsan Haqları Cəmiyyəti Abbas Lisani ilə bağlı açıqlama yaydı: "Təcili müalicə olunmalıdır"-VİDEO

2021-06-13

gun az article

Abbas Lisanidən həbsxana rəhbərliyinə xəbərdarlıq: "Siyasi məhbuslara zülm dayandırılmasa sonadək savaşacam"

2021-06-13

gun az article

Güney Azərbaycanda Abbas Lisaniyə möhtəşəm dəstək aksiyası: Təbrizin küçə və meydanlarına şüarlar yazıldı

2021-06-13

gun az article

Makıda şəhər şurasının üzvü həbs edilib

2021-06-13

gun az article

Ərdəbildə İbrahim Rəisiyə ittiham: “Xalqın hüquqdan danışmasın!”-FOTO

2021-06-13

gun az article

Güneyli məhbusların aksiyası genişlənir- Daha üç məhbus aclığa qoşuldu

2021-06-13

gun az article

Təbrizdə iki mədəni fəal həbsxanaya aparılıb

2021-06-12